ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ ET İNSTİTUTUNDA ALMANİYADA İNGİLİS DİLİNDƏ NƏŞR OLUNMUŞ “AZƏRBAYCAN ŞƏRABÇILIQ MƏHSULLARININ TEXNOLOGİYASI” ADLI KİTABIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda Almaniyada ingilis dilində nəşr olunmuş “Azərbaycan şərabçılıq məhsullarının texnologiyası” adlı kitabın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Çexiyanın üzümçülük sahəsində tanınmış mütəxəssisi, “Vinselekt Mikhlovsky” şirkətinin təsisçisi Milloş Miklovski, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin üzümçülük və şərabçılıq sahəsində aparıcı alimləri, üzüm emalı zavodlarının mütəxəssisləri, Elmi-Tədqiqat İnstitutunun elmi işçiləri iştirak ediblər.
Əvvəlcə qonaqlar institutun Avropanın ən müasir avadanlıqları ilə təchiz olunmuş laboratoriyaları və şərab kolleksiyası ilə tanış olublar.
Tədbirdə çıxış edən institutun direktoru Tariyel Pənahov iştirakçılara Azərbaycanda istehsal olunan üzüm sortları, şərab növləri, elmi müəssisənin beynəlxalq əlaqələri və struktur quruluşu barədə məlumat verib.
“Azərbaycan şərabçılıq məhsullarının texnologiyası” adlı kitabda süfrə, desert, tünd, oynaq üzüm şərablarının, konyakların, tünd meyvə içkilərinin, vakuum-şirə, konsentrat təbii üzüm şirəsi və üzüm sirkəsinin istehsalı ətraflı təsvir edilib. Bildirilib ki, müxtəlif növ şərabçılıq məhsullarının istehsal texnologiyaları toplu şəkildə Azərbaycanda ilk dəfə nəşr olunub.
Sonra Çexiyanın üzümçülük və şərabçılıq sahəsində tanınmış dünya şöhrətli alimi Milloş Miklovski Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahovun 2016-cı ildə Almaniyanın Hannover şəhərində Avropa Təbiət Elmləri Akademiyasına həqiqi üzv seçilməsi haqqında diplom və döş nişanını təqdim edib.
Sonda institutun alimləri, üzümçülük və şərabçılıq üzrə mütəxəssislər respublikada üzümçülüyün daha da inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparıblar.

- 8-08-2016, 16:35 "AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLİB" Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı geniş ...
- 20-05-2016, 16:06 "NAZİR HEYDƏR ƏSƏDOVUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ MACARISTANA SƏFƏR EDƏCƏKDİR" Səfərin məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının, investisiya mühiti və gələcək ...
- 1-04-2016, 09:27 "CƏLİLABAD RAYONUNDA ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB" Seminar “Üzüm bağlarında aqrotexniki tədbirlərin elmi əsaslarla aparılması yüksək məhsuldarlığın əsasıdır&rdq ...
- 14-03-2016, 14:29 "AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR" Dəyirmi masa Azərbaycan Respublikasında zərərverən orqanizmlərə qarşı inteqrir mübarizə üsulunun tətbiqi və təşviqi məsə ...
- 10-11-2015, 16:58 "AQRAR ELM SAHƏSİNDƏ ÇALIŞAN GƏNC ALİMLƏR LƏNKƏRANDA GÖRÜŞ KEÇİRİBLƏR" Noyabrın 9-10-da Lənkəran şəhərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şura ...