NAZİR HEYDƏR ƏSƏDOV NİDERLAND KRALLIĞININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ONNO KERVERS  İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR HEYDƏR ƏSƏDOV NİDERLAND KRALLIĞININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ONNO KERVERS  İLƏ GÖRÜŞÜBOktyabrın 12-də Azərbaycan Respublikası kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Krallığının Azərbaycan Respublikasın- dakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Onno Kervers  ilə görüşüb.

Nazir Heydər Əsədov qonağı səmimi salamlayaraq öncə onu Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib, ona iki ölkə arasında diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institutsional islahatlar və kənd təsərrüfatı istehsalçılarına yaradılan şərait, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin  hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması barədə geniş məlumat verdi və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırdı.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının yenilənməsi, Niderlandın kənd təsərrüfatı sahəsində aparıcı dünya ölkəsi olduğunu nəzərə alaraq onun geniş təcrübəsindən faydalanmaq, xüsusilə heyvandarlıqda süd istehsalının həcminin artırılması, bitkiçilik sahəsində istixanaların yaradılması və toxumçuluğun təşkili, Niderlandın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kooperativlərin işi ilə tanışlıq, Niderlandın kənd təsərrüfatı üzrə elm və təhsil sahəsində aparıcı universitetləri ilə təcrübə mübadiləsinin aparılması müzakirə olunub. 

Niderlandın Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Onno Kervers səmimi qəbula görə təşəkkür edərək çalışdığı müddətdə Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.