ARIÇILIQ MƏHSULLARI YARMARKASININ İŞTİRAKÇILARININ YERLƏRI PÜŞKATMA İLƏ MÜƏYYƏNLƏŞDİRİLİB

Böyütmək | Kiçiltmək

ARIÇILIQ MƏHSULLARI YARMARKASININ İŞTİRAKÇILARININ YERLƏRI PÜŞKATMA İLƏ MÜƏYYƏNLƏŞDİRİLİB
ARIÇILIQ MƏHSULLARI YARMARKASININ İŞTİRAKÇILARININ YERLƏRI PÜŞKATMA İLƏ MÜƏYYƏNLƏŞDİRİLİB

ARIÇILIQ MƏHSULLARI YARMARKASININ İŞTİRAKÇILARININ YERLƏRI PÜŞKATMA İLƏ MÜƏYYƏNLƏŞDİRİLİBSabah - oktyabrın 15-də Bakıda “Amay” ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılacaq. 1 ay davam edəcək yarmarkada bu il 254 nəfər arıçı iştirak edəcək. Zona və Respublika Baytarlıq laboratoriyaları bu il yarmarkaya buraxılan balın yoxlanmasını daha da sərtləşdirmiş və nəticədə gətirilən balın 20%-dək hissəsi keyfiyyət göstəriciləri normaya uyğun olmadığından yarmarkaya buraxılmayıb.

Respublika üzrə, Bakı şəhəri də daxil olmaqla, 8 iqtisadi rayonun və hər bir rayon üzrə iştirakçıların yarmarkada yerləşməsini müəyyənləş- dirmək üçün bu gün püşkatma keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arıçıları yarmarkanın keçirildiyi ərazi ilə tanış edərək, onlara yarmarkanın qaydaları barədə məlumat veriblər. Bildirilib ki, yarmarka müddətində heç bir iştirakçı yarmarkaya kənardan boş banka belə gətirə bilməyəcək. Bu da yarmarkada yalnız yoxlanılmış məhsulun satışını təmin edəcək. Sıxlıq yaratmamaq üçün yarmarka müddətində satış stollarında yalnız bir nəfər - qeydiyyatdan keçmiş şəxsin özü otura biləcək.

Yarmarkanın açılış mərasimi oktyabrın 15-də saat 10:30-da Nobel prospekti, 23 ünvanında yerləşən “AMAY” Ticarət Mərkəzində olacaq.