BAKIDA ARIÇILIQ MƏHSULLARININ RESPUBLİKA SƏRGİ-SATIŞ YARMARKASI FƏALİYYƏTƏ BAŞLAYIB

Böyütmək | Kiçiltmək

BAKIDA ARIÇILIQ MƏHSULLARININ RESPUBLİKA SƏRGİ-SATIŞ YARMARKASI FƏALİYYƏTƏ BAŞLAYIBOktyabrın 15-də Bakı şəhəri, Nobel prospekti 23 ünvanda yerləşən "Amay" ticarət mərkəzində arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasının açılış mərasimi keçirilib.

Açılış mərasimində iştirak edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov arıçılarla söhbətində bu il təşkil olunmuş yarmarkada şəffaflığın təmin olunması məqsədilə görülən işlər, həm alıcılar, həmdə satıcılar üçün yaradılan münbit şəraitdən danışıb. Bildirilib ki, yarmarkada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir.  Belə ki, yarmarkaya yüksək keyfiyyətli arıçılıq məhsulları çıxarılması üçün məhsullar ilkin olaraq regional baytarlıq laboratoriya- larında, sonra isə Respublika Baytarlıq Laboratoriya- sında tam yoxlanılıb. Nazirlliyin “Çağrı mərkəzi”ndə qeydiyyatdan keçmiş 312 nəfər arıçıdan 254 nəfəri yarmarkaya buraxılıb. Keyfiyyət göstəriciləri normaya uyğun olmayan 23,5 ton məhsul kənarlaşdırılıb. Yarmarkaya ümumilikdə 71,7 ton məhsul çıxarılıb.

Qeyd edək ki, sərgi-satış yarmarkası noyabrın 15-nə kimi davam edəcək.