DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNİN BİR QRUP ƏMƏKDAŞI LATVİYA RESPUBLİKASINDA TƏLİM SƏFƏRİNDƏ OLMUŞLAR

Böyütmək | Kiçiltmək |

DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNİN BİR QRUP ƏMƏKDAŞI LATVİYA RESPUBLİKASINDA TƏLİM SƏFƏRİNDƏ OLMUŞLAR
10 - 14 oktyabr 2016 –cı il tarixlərində  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin rəhbərliyi ilə xidmətin bir qrup əməkdaşı Latviya Respublikasının Riga şəhərində təlim səfərində olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi - MTF/AZE/007/STF” layihəsi çərçivəsində həyata keçirilən, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının iştitak etdiyi bu səfərin məqsədi Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın tələblərinin həyata keçirilməsi sahəsində Latviya Respublikasının Əkinçilik Nazirliyinin Dövlət Bitki Mühafizəsi Xidmətinin iş təcrübəsi ilə tanışlıq olmuşdur.

Səfər çərçivəsində Milli Bitki Mühafizəsi Təşkilatının idarə olunması, Latviya Respublikasının bitki karantini və mühafizəsi sahəsində mövcud qanunvericilik aktları, karantin nəzarətində olan materialların dövriyyəsində iştirak edən subyektlərin dövlət reyestrində qeydiyyatının aparılması, Dövlət Xidmətinin mövcud elektron idarəetmə DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNİN BİR QRUP ƏMƏKDAŞI LATVİYA RESPUBLİKASINDA TƏLİM SƏFƏRİNDƏ OLMUŞLARsistemi ilə tanışlıq, zərərli orqanizmlər üzərində müşahidələrin planlaşdırılması və həyata keçirilməsi, idxal və ixracın tənzimlənməsi, pitomniklər və digər yüksək risk qrupuna daxil olan təsərrüfatlarda nəzarət funksiyasının həyata keçirilməsi və fitosanitariyanın digər aspektləri üzrə təlimlər həyata keçirilmişdir. Nümayəndə heyəti eyni zamanda Riga portuna, “Liepas” pitomnikinə, Dobele şəhərində Bağçılıq İnstitutuna səfər etmiş və Latviya Dövlət Bitki Mühafizəsi Xidmətinin tabeliyində  olan Mərkəzi Karantin laboratoriyası, toxumçuluq və aqrokimya laboratoriyaları ilə tanış olmuşlar.

Təlim sessiyasınnın ikinci mərhələsi 16-21 oktyabr 2016-cı il tarixlərində Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitkilərin Karantin Ekspertiza Mərkəzinin entomologiya, fitohelmintologiya və virusologiya ixtisası üzrə olmaqla 3 əməkdaşının Latviya Bitki Mühafizəsi Dövlət Xidmətinin Mərkəzi laboratoriyasında müvafiq sahələr üzrə elmi və texniki iş üzrə təlimləri ilə davam edir.