Digər texnika

Böyütmək | Kiçiltmək

AZƏRBAYCAN  DÖVLƏT  MAŞIN  SINAQ  STANSİYASI








Ünvan:  5114 Azərbaycan Respublikası  Samux rayon, İnstitut qəsəbəsi, AzDMSS


Direktor:   Cəfərov Namiq Bahadur oğlu


                   Tel (faks):  022 252 51 03,  Mobil: 050 353 34 79


Baş mühəndis:  Xəlilov Ülfət Qəhrəman oğlu


                    Tel:  022 252 51 03,  Mobil:  050 345 27 85



Azərbaycan Dövlət Maşın Sınaq Stansiyası haqqında məlumat



           Azərbaycan  Dövlət  Maşın  Sınaq Stansiyası (keçmiş Zaqafqaziya Dövlət  Maşın  Sınaq  Stansiyası) 1948-ci ildə keçmiş SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 26 avqust tarixli 1365 saylı əmri ilə yaradılmış ilk 16 maşın sınaq stansiyalarından biridir. SSRİ  dağıldıqdan sonra stansiya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 1992-ci il tarixli 42 saylı sərəncamı ilə  Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin tabeliyinə verilmişdir.


          Azərbaycan Dövlət Maşın Sınaq Stansiyası respublikada və xaricdə istehsal olunan traktorların, kənd təsərrüfatı maşınlarının, avadanlıqların, fermer təsərrüfatları üçün maşın və mexanizmlərin, kənd təsərrüfatında istifadə edilən avtomobillərin dövlət sınaqlarını keçirə bilər.


         Sınaqlarda məqsəd kənd təsərrüfatını əmək mühafizəsi və ekologiyanın müasir tələblərinə cavab verməyən texnika göndərilməsindən etibarlı qorumaq, yeni texnikanın istehsalata buraxılması və kütləvi buraxılan texnikaların istehsalının davam etdirilməsi barədə rəy verməkdir.


          Azərbaycan  Dövlət  Maşın  Sınaq  Stansiyasında 6 əsas şöbə və üç köməkçi bölmə fəaliyyət göstərir.


   Energetika və nəqliyyat vasitələrinin sınağı şöbəsi;


   Kənd təsərrüfatı maşınların sınağı şöbəsi;


   Emal və digər maşın və avadanlıqların sınaqları, enerqo-ekoloji qiymətləndirmə     şöbəsi;


   Sınaqlara və elmi işlərə nəzarət şöbəsi;


   Etibarlılıq, aqro-zoo və iqtisadi qiymətləndirmə şöbəsi;


   Yeni texnika və texnologiyanın tətbiqi, təbliği və aqroservis şöbəsi;


    Maşın-traktor təmir emalatxanası;


    İnzibati-təsərrüfat şöbəsi;


    Qaraj.


           Hazırda stansiya Elmi-tədqiqat  «Aqromexanika» İnstitutunun,  Azərbaycan


Dövlət Aqrar və Azərbaycan Texnologiya universitetlərinin hazırladıqları və layihələşdirdikləri kənd təsərrüfatı texnikasının təsərrüfat və dövlət sınaqlarını aparır.


          AzDMSS-ə təhkim olunmuş 14 rayonda (Şəki, Göycay, Ağdaş, Zərdab, Qəbələ, Kürdəmir, Bərdə, Yevlax, Tərtər, Goranboy, Gəncə, Şəmkir, Tovuz və Qazax) respublikamıza gətirilmiş xarici texnikaların yerli şəraitdə görülən işlərində müşahidə sınaqları aparılır.  Eyni zamanda texnikalarda baş verən konstruktiv, texnoloji və digər çatışmazlıqları aşkarlayaraq araşdırıb bu barədə Nazirliyə məlumatlar verilir.


            Qrant və Tərəfdaşlıq fondunun hesabına alınıb respublikada istifadə edilən traktor, taxılyığan kombaynlarla kənd təsərrüfatı işlərinin görülməsində yanacaq və yağlama materiallarının sərfiyyat normativinin təyin edilməsi üzrə işlər aparılır.    


   Xaricdən gətirilərək respublikada istifadə olunan müxtəlif kənd təsərrüfatı texnikaları barədə fermerlərin istifadəsi üçün bukletlər hazırlanır və nəşr edilərək fermerlər arasında yayılır.


            Stansiya mütəxəssisləri sınaqda istifadə olunan dövlət və sahə standartlarını Azərbaycan dilinə autentik tərcümə edir, Elmi-tədqiqat institutları və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələri ilə razılaşdırdıqdan sonra təsdiq olunur.


            AzDMSS  aparıcı təşkilat kimi Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurası tərəfindən təqdim olunmuş  dissertasıya işləri və avtoreferatları müzakirə edərək  onlara rəy verir.


            Respublikamızda nəşr olunan müxtəlif elmi-metodik jurnallarda mütəxəssislərimizin məqalələri çap olunur  və onlar elmi konfranslarda çıxış edirlər.


            Gəncə Avtomobil Zavodunda «Aqrolizinq» ASC üçün istehsal edilən traktorlar, bazalara göndərilməzdən əvvəl stansiyanın mütəxəssislərinin iştirakı ilə onların standartlara uyğunluğu müəyyən edilərək müvafiq qaydada aktla rəsmiləşdirilməsi, yalnız nasazlıq aşkar olunmayan traktorların qəbul olunması və bazalara göndərilməsi təmin edilir.


            Stansiyanın mütəxəssisi «Aqrolizinq» ASC tərəfindən Gəncə Avtomobil Zavodundan alınan və istifadə üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən traktorlarda sonradan yaranan nasazlıqların səbəblərinin müəyyən edilməsi üçün monitorinq qrupunda mütəzəm iştirak edir.