APARAT RƏHBƏRİ İLHAM BAYRAMOV TÜRKMƏNİSTAN RESPUBLİKASI MƏCLİSİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək |

APARAT RƏHBƏRİ İLHAM BAYRAMOV TÜRKMƏNİSTAN RESPUBLİKASI MƏCLİSİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB
Noyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov Türkmənistan Respublikası Məclisinin sədr müavini Qurbangül Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə kənd təsərrüfatının subsidiyalaşması, fermer qeydiyyatı sisteminin yaradılması və işlədilməsi, torpaq sahələri üzrə informasiya sistemlərinin yaradılması və işlədilməsi prosesində İKT-dən istifadə, E-Agro layihəsi (elektron kənd təsərrüfatı) çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq və Beynəlxalq əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.

Aparat rəhbəri İlham Bayramov qonaqları səmimi salamlayaraq Türkmənistan Respublikası ilə Azərbaycan Respublikası arasında tarixi qonşuluq əlaqələrindən danışıb, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyinə əminliyini ifadə edib.

İlham Bayramov ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, həmçinin  hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çəltikçiliyə diqqət yetirildiyi barədə geniş məlumat verib, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb və Azərbaycanın iqlim şəraitinin Türkmənistanın iqlim şəraitinə yaxın olduğunu qeyd edərək, hər iki ölkədə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün potensial imkanların olduğunu bildirib.   

APARAT RƏHBƏRİ İLHAM BAYRAMOV TÜRKMƏNİSTAN RESPUBLİKASI MƏCLİSİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜBAzərbaycan- da torpaq islahatlarının Ulu öndər Heydər Əliyev tərəfindən uğurla həyata keçirildiyini və bu gün torpaqların sahibkarların mülkiyyətinə çevrildiyini vurğulayan aparat rəhbəri bildirib ki, Azərbaycanda fermer və sahibkarlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır.

Aparat rəhbəri, həmçinin kənd təsərrüfatı istehsalçılarına texnikaların və mineral göbrələrin güzəştli şərtlərlə verilməsi barədə də məlumat verib.

Aparat rəhbəri İlham Bayramov ölkəmizdə elektron kənd təsərrüfatı sisteminin yaradılması barədə ətraflı məlumat verərək bu sahədə Avropa İttifaqı ilə sıx əlaqələrinin olmasını və bu əməkdaşlıqların nəticəsi olaraq İtalyanın Abaco şirkəti ilə müqavilə əsasında kənd təsərrüfatını hərtərəfli əhatə edən elektron sistemin Azərbaycanda tətbiq edildiyini bildirib.  Sistemin 7 modulunun hal-hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərdiyini vurğulayan İlham Bayramov qeyd edib ki, artıq regionlarda da pilot layihələr həyata keçirilib və bu sistem üzrə təlimlər hələ də davam edir. Sistemin imkanlarının geniş olması və özündə kənd təsərrüfatı subyektlərinin qeydiyyatı, torpaq sahələrinin ortofoto xəritələrinin hazırlanması, heyvanların reyestrə alınması, əkinlərin qeydə alınması, nəzarət sistemi və monitorinq aparılması, onlayn qaydada ərizələrin verilməsi və ödənişlərin hesablanması və sair məsələlər haqqında ətraflı məlumat verib.

Daha sonra sistemin bəzi funksiyaları üzrə fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Hollandiyadan dəvət edilmiş ekspert Andre Kvitovski də qoşularaq öz təcrübələrini bölüşüb.

Sonda  xanım Qurbangül Bayramova səmimi qəbula və Azərbaycanın elektron kənd təsərrüfatı sistemi barədə ətraflı məlumata görə kənd təsərrüfatı nazirliyinə öz minnətdarlığını bildirib.