NAZİR MÜAVİNİ SEYFƏDDİN TALIBOV İFAD-IN ÖLKƏ ÜZRƏ YENİ TƏYİN OLUNMUŞ PROQRAM RƏHBƏRİ TEREK KOTB İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək |

NAZİR MÜAVİNİ SEYFƏDDİN TALIBOV İFAD-IN ÖLKƏ ÜZRƏ YENİ TƏYİN OLUNMUŞ PROQRAM RƏHBƏRİ TEREK KOTB İLƏ GÖRÜŞÜBBu gün kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Kənd Təsərrüfatı üzrə Beynəlxalq Fondun (İFAD) ölkə üzrə yeni təyin olunmuş proqram rəhbəri Terek Kotb və sabiq proqram rəhbəri xanım Dina Saleh ilə görüşüb.

Görüşün məqsədi İFAD-la ikitərəfli əməkdaşlıq əlaqələrinin və “Kənd Yerlərinin  Kompleks İnkişaf Layihəsi”nin icrasının sürətləndirilməsi məsələsinin müzakirəsi olub.

Qonaqları səmimi salamlayan nazir müavini Seyfəddin Talıbov İFAD-la əlaqələrin uzun bir tarixə malik olduğunu, beynəlxalq maliyyə qurumları, xüsusilə İFAD-la əlaqələrin daha intensiv xarakter daşıdığını, ölkəmizdə aqrar sektorda əldə olunan nailiyyətlərdə beynəlxalq təşkilatlar, o cümlədən İFAD-ın müstəsna rolu olduğunu qeyd edib. Nazir müavini beynəlxalq maliyyə təşkilatları, o cümlədən İFAD tərəfindən Azərbaycanda həyata keçirilən layihələri yüksək qiymətləndirərək ölkə əhalisinin 38 faizinin kənd yerlərində yaşadığını, bu layihələrin kənd yerlərinin inkişafına, əhalinin sosial vəziyyətinin və məşğulluq səviyyəsinin yüksəlməsinə xidmət etdiyini bildirib.

Nazir müavini Seyfəddin Talıbov yeni layihələrin həyata keçirilməsində İFAD-la əlaqələrin uzunmüddət davam edəcəyinə ümidvar olduğunu bildirib.

İFAD-ın sabiq proqram rəhbəri xanım Dina Saleh səmimi qəbula görə təşəkkür edərək Azərbaycanın regionda önəmli strateji rolunu qeyd edib və Azərbaycanda fəaliyyyətindən zövq aldığını, fəaliyyəti dövründə həyata keçirilən layihələrin verdiyi səmərədən razı qaldığını və bundan məmnunluğunu qeyd edib və ölkəmizdən xoş təəssüratla ayrıldığını bildirib.

İFAD-ın ölkə üzrə yeni təyin olunmuş proqram rəhbəri Terek Kotb da səmimi qəbula görə təşəkkür edib, Azərbaycanın qədim tarixə malik, qonaqpərvər ölkə olduğunu və ölkəmizdə nümayəndə təyin olunmasından şərəf duyduğunu bildirib. Fəaliyyəti dövründə Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu və həmçinin yaxın zamanlarda heyvandalıq sahəsi üzrə yeni layihənin başlanmasını diqqətə çatdırıb. Bundan sonra da ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.