NAZİR HEYDƏR ƏSƏDOV QOBUSTAN RAYONUNDA QƏBƏLƏ, İSMAYILLI, ŞAMAXI, QOBUSTAN VƏ ABŞERON RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞƏCƏK

Böyütmək | Kiçiltmək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 25-də Qobustan rayonunda Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan və Abşeron rayonlarının sakinləri ilə görüşəcək. 

Görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Qobustan rayon Kənd Təsərrüfatı İdarəsinə (050-317-81-45) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.