STRATEJİ HƏDƏF HEYVANLARIN CİNS TƏRKİBİNİN YAXŞILAŞDIRILMASI VƏ İNTENSİV FERMA MODELİNİN GENİŞLƏNDİRİLMƏSİDİR

Böyütmək | Kiçiltmək

STRATEJİ HƏDƏF HEYVANLARIN CİNS TƏRKİBİNİN YAXŞILAŞDIRILMASI VƏ İNTENSİV FERMA MODELİNİN GENİŞLƏNDİRİLMƏSİDİRHeyvandar- lıq sahəsində strateji hədəf heyvanların cins tərkibinin yaxşılaşdırılması və intensiv ferma modelinin genişləndi- rilməsidir.

İntensiv ferma modelinin genişləndi- rilməsi tədbirləri çərçivəsində 2016-cı ilin ilk doqquz ayı ərzində “Aqrolizinq” ASC-nin xətti ilə 3255 baş iribuynuzlu damazlıq heyvanlar ölkəyə gətirilərək ayrı-ayrı təsərrüfat- lara dəyərinin 50 faizi həcmində güzəştli qiymətə lizinq yolu ilə satılmışdır. İlin sonuna qədər daha 1500 baş iribuynuzlu və 1600 baş xırdabuynuzlu damazlıq heyvanların ölkəyə gətirilməsi nəzərdə tutulmuşdur. Artıq pilot formada tətbiq edilən ətlik-südlük qaramaldan ibarət ailə heyvandarlıq təsərrüfatının yaradılması layihəsi çərçivəsində tətbiq edilmiş kompleks yanaşma təcrübəsi özünü doğrultmuşdur. Pilot layihənin əhətə etdiyi 3 rayonda dəyər zənciri üzrə respublikamız üçün yeni istehsal və idarəçilik üsulu tətbiq edilərək 69 ailəyə güzəştli kredit və lizinq yolu ilə 513 baş təmiz qanlı simmental cinsli ətlik - südlük istiqamətli qaramal verilmişdir. Hazırda qeyd edilən ailə təsərrüfatlarında heyvanların baş sayı artaraq doqquz yüz başa çatmışdır.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin  miqyasının daha da sürətləndirilməsi məqsədilə süni mayalanma işinə xüsusi önəm verilir. Respublika Süni Mayalama Mərkəzinin xarici ekspertlərin iştirakı ilə modernləşdirilməsi və eyni zamanda on iki regional süni mayalama mərkəzinin yaradılması hesabına fermerlərin bu xidmətə çıxışı asanlaşdırılmışdır. Respublika Süni Mayalama Mərkəzinin nəzdində yaradılmış tədris mərkəzi bu sahədə ölkənin peşəkar kadrlara olan tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb edir. Bu Mərkəzdə beynəlxalq məsləhətçilərin hazırladıqları təlim proqramları əsasında heyvanların süni mayalandırılması üzrə mütəxəssis hazırlığı davam etdirilir və layihə çərçivəsində 126 nəfər (o cümlədən 56 nəfər ilk dəfə) təlimdə iştirak etmişdir.

Hazırda ölkədə 358 nəfər süni mayalanma mütəxəssisi fəaliyyət göstərir və hər il təqribən 100 min baş mal süni yolla mayalandırılır. Süni mayalanma yolu ilə alınmış yeni doğulan hər baş cins buzova görə müəyyən olunmuş 100 manat məbləğində subsidiya tədbiri isə bu istiqamətdə mühüm stimullaşdırıcı amil kimi çıxış edir.