ALMANİYANIN SƏFİRİ MİXAEL KİNDSQRAB AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ OLUB

Böyütmək | Kiçiltmək

ALMANİYANIN SƏFİRİ MİXAEL KİNDSQRAB AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ OLUB
Respublikamızda kənd təsərrüfatının elmi əsaslar üzrə inkişafı, yüksək ixtisaslı kadrlar hazırlanması sahəsində yeganə və ən qocaman təhsil ocaqlarından olan Azərbaycan Dövlət Aqrar Universiteti bu gün müasir Avropanın elm və təhsil məkanına inteqrasiya etməklə müəllim və tələbə mübadiləsinə nail olmağı, elmin qarşılıqlı maraq doğuran sahələrində əməkdaşlıq etməyi, Avropa Birliyinin və dünyanın elm və təhsilə ayırdığı qrantları qazanmağı, beynəlxalq layihə və proqramların, simpozium və zirvə toplantılarının iştirakçısı olmağı konkret vəzifə kimi öz qarşısına qoyub.

ALMANİYANIN SƏFİRİ MİXAEL KİNDSQRAB AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ OLUBStrateji fəaliyyət proqramı artıq səmərəli nəticələrini verməkdədir. Azərbaycan Dövlət Aqrar Universiteti xarici ölkələrin 40-dan artıq tanınan universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasına nail olub. Türkiyə, Rusiya, Almaniya, ABS, Avstriya, Norveç, Macarıstan, Ukrayna, Belarus, Niderland Krallığı, Gürcüstan, İsveçrə, Serbiya elm və tədris sahəsində zəngin təcrübəsi olan, Avropa elm və təhsilinə müvəffəqiyyətlə inteqrasiya edən və sair ölkələr artıq əməkdaşlıq edilən dövlətlər siyahısına daxildir.

Almaniya Federativ Respublikası ilə də əlaqələr yüksək səviyyədə inkişaf edir və müsbət nəticələr verir. Avropa elm və təhsil sisteminə sürətlə inteqrasiya da elə bu əlaqələrdən yaranır.

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrab ADAU-ya səfəri də deyilənlərin təsdiqidir. Səfər zamanı təhsil müəssisənin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla görüşdə əlaqələrin mövcud vəziyyəti təhlil edilib və əməkdaşlığın yeni perspektiv imkanları nəzərdən keçirilib.

Sonra universitetin Alman Mərkəzində menecment (alman proqramı) ixtisası üzrə təhsil alan tələbələr və məzunlarla  görüş olub. Məzunlar təhsil aldıqları proqramın, habelə Almaniyanın fermer təsərrüfatlarında keçdikləri təcrübənin əhəmiyyətindən danışmış, tələbələr isə universitetdə hərtərəfli təhsil üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.