“ELEKTRON KƏND TƏSƏRRÜFATI” İNFORMASİYA SİSTEMİNİN YARADILMASI ÜZRƏ TEXNİKİ DƏSTƏK LAYİHƏSİNİN RƏHBƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək

“ELEKTRON KƏND TƏSƏRRÜFATI” İNFORMASİYA SİSTEMİNİN YARADILMASI ÜZRƏ TEXNİKİ DƏSTƏK LAYİHƏSİNİN RƏHBƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİRAzərbay- canda “Elektron Kənd Təsərrüfatı” informasiya sisteminin yaradılması üzrə həyata keçirilən sistemli tədbirlərin və institusional islahatların davamı olaraq noyabrın 30-da Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin Rəhbər Komitəsinin iclası keçirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramovun sədrliyi ilə keçirilən iclasda Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Olaf Heydelbax, Nazirliyin aidiyyəti şöbələrinin məsul vəzifəli şəxsləri, həmçinin layihənin icrası üzrə məsul olan Vialto Konsorsiumun üzvləri iştirak etmişlər.

İclasda beynəlxalq ekspertlər tərəfindən layihənin icrası ilə bağlı mövcud vəziyyət barədə ətraflı məlumat verilmiş, yerinə yetirilmiş işlər barədə hesabat Rəhbər Komitənin diqqətinə çatdırılmışdır.

Təqdimatdan sonra layihə çərçivəsində təqdim edilmiş materiallar və gözlənilən nəticələr, eləcə də həlli vacib məsələlərə dair müzakirələr aparılmışdır.