ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1,5 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1,5 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİR
ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1,5 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİR
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin bərpası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir.

Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipək istehsalının müasir infrastruk- turunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmış, cari ildə 2007-ci ildən bəri ilk dəfə olaraq respublikamızda 70 tondan çox yaş barama məhsulu istehsal edilmişdir.

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1,5 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİR
ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1,5 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİRHazırda Dövlət Başçısının tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə baramaçılığın yem bazasının formalaşdı- rılması, tut (çəkil) tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Respublika- mızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədi ilə Nazirlik tərəfindən 1,5 milyon ədəd tut tinglərinin alınması üçün Çin Xalq Respublikasının «Shandong Guangtong Silkworm Eggs Co» LTD   şirkəti ilə tender müqaviləsi bağlanılmışdır.

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1,5 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİR
ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1,5 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİRMüqavilənin şərtlərinə uyğun olaraq 2016-cı il 02 dekabr tarixində şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə respublikamıza gətirilmişdir.

Respublikaya gətirilmiş tut tinglərindən ibarət yüklərin 2016-cı il  02 dekabr tarixində Heydər Əliyev adına Hava Limanından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınmış və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 37 rayona paylanılacaqdır.

ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1,5 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİR
ÇİN XALQ RESPUBLİKASINDAN ÖLKƏMİZƏ 1,5 MİLYON ƏDƏD TUT (ÇƏKİL) TİNGLƏRİ GƏTİRİLMİŞDİRYeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqroteniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq video tövsiyələr, bukletlər, yaddaş vərəqələri  və digər maarifləndirici materiallar hazırlanmış və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət edilmişlər.  

Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin və Çin şirkətinin mütəxəssisləri birlikdə fermer və sahibkarlara metodiki tövsiyələr verəcəklər.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunmuş, həm daşınmasını asanlaşdırmaq, həm də sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanmış və fermer və sahibkarlara, eyni zamanda nazirliyin tabeçiliyində olan tingçilik təsərrüfatlarına ödənişsiz əsaslarla veriləcəkdir.