DEKABRIN 12-DƏK ÖLKƏ ÜZRƏ 84 MİN 494 TON PAMBIQ TƏDARÜK OLUNUB

Böyütmək | Kiçiltmək

Dekabrın 12-dək ölkə üzrə pambıq tədarükü 84 min 494,8 ton təşkil edib. Bu isə 2015-ci il dekabrın 14-dək olan göstərici ilə müqayisədə 2,4 dəfə çoxdur (35 min 192 ton).

Dövlət Statistika Komitəsinin məlumatına görə pambıq tədarükünə görə Saatlı rayonu öndədir. Rayonun fermerləri tarlalardan 11472,8 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 10865,8 ton, İmişlidə 9677,9 ton, Ağcabədidə 8540,9 ton, Beyləqanda 7607 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.