AZƏRBAYCANLA İSRAİL ARASINDA KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANIB

Böyütmək | Kiçiltmək

AZƏRBAYCANLA İSRAİL ARASINDA KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANIBİsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində dekabrın 13-də “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.