DEKABRIN 19-DƏK ÖLKƏ ÜZRƏ 86 MİN 326 TON PAMBIQ YIĞILIB

Böyütmək | Kiçiltmək

DEKABRIN 19-DƏK ÖLKƏ ÜZRƏ 86 MİN 326 TON PAMBIQ YIĞILIBDekabrın 19-dək ölkə üzrə pambıq tədarükü 86 min 326,9 ton təşkil edib. Bu isə 2015-ci il dekabrın 21-dək olan göstərici ilə müqayisədə 2,5 dəfə çoxdur (35 min 192 ton).

Dövlət Statistika Komitəsinin məlumatına görə pambıq tədarükünə görə Saatlı rayonu öndədir. Rayonun fermerləri tarlalardan 11691,8 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 11328 ton, İmişlidə 9855,1 ton, Ağcabədidə 8632 ton, Beyləqanda 7717 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.