HEYVANDARLIQ SAHƏSİNDƏ DÜNYA ŞÖHRƏTLİ TANINMIŞ ALİM-AKADEMİK, “ŞƏRƏF NİŞANI” ORDENLİ, FƏRDİ TƏQAÜDÇÜ EYYUB BALAMƏMMƏD OĞLU BƏŞİROVUN 90 İLLİK YUBİLEYİDİR.

Böyütmək | Kiçiltmək |

HEYVANDARLIQ SAHƏSİNDƏ DÜNYA ŞÖHRƏTLİ TANINMIŞ ALİM-AKADEMİK, “ŞƏRƏF NİŞANI” ORDENLİ, FƏRDİ TƏQAÜDÇÜ EYYUB BALAMƏMMƏD OĞLU BƏŞİROVUN 90 İLLİK YUBİLEYİDİR.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Heyvandarlıq sahəsində dünya şöhrətli tanınmış alim-
akademik, Respublikamızda damazlıq işlərinin təşkilində
böyük xidmətlər göstərmiş, “Şərəf nişanı” ordenli, fərdi
təqaüdçü

 

          Eyyub Balaməmməd oğlu Bəşirovu

 

 

90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə
      möhkəm can sağlığı, uzun ömür və bundan sonrakı
      həyatınızda və tükənməz elmi fəaliyyətinizdə uğurlar

                                arzulayır.

 

 

        Dərin hörmətlə,

        Nazirliyin kollektivi adından:

 

        Azərbaycan Respublikasının
                kənd təsərrüfatı naziri                                           Heydər Əsədov

 

HEYVANDARLIQ SAHƏSİNDƏ DÜNYA ŞÖHRƏTLİ TANINMIŞ ALİM-AKADEMİK, “ŞƏRƏF NİŞANI” ORDENLİ, FƏRDİ TƏQAÜDÇÜ EYYUB BALAMƏMMƏD OĞLU BƏŞİROVUN 90 İLLİK YUBİLEYİDİR.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Eyyub Bəşirov – 90

 

Eyyub Balaməmməd oğlu Bəşirov 1926-cı il dekabrın 20-də Neftçala rayonunun Xol Qarabucaq kəndində (o zaman Salyan rayonunun) anadan olmuşdur. 1943-cü ildə Salyan Pedaqoji Texnikumunu bitirib müəllimlik fəaliyyətinə başlamışdır.

1945-ci ildə  Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul olunan Eyyub Bəşirov iki il sonra əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin üçüncü kursunda təhsilini davam ertdirmişdir. Akademiyanı əla qiymətlərlə bitirən Eyyub Bəşirov Azərbaycana qayıdıb doğma vətənində heyvandarlıq sahəsinin, aqrar elmin inkişafında misilsiz xidmətlər göstərmişdir. 1953-cü ildə Ümumittifaq Heyvandarlıq İnstitutunun aspiranturasını bitirib, 1954-cü ildə elmlər namizədi alimlik dərəcəsini almışdır.

Əmək fəaliyyətinə başladığı illərdə Qarabağ at cinsinin ilk damazlıq ocağı olan Ağdam Atçılıq Zavodunun yaradılmasıda, həmin təsərrüfata Qarabağ atlarının tipik nümunılırinin toplanmasında fəal iştirak etməklə başlamışdır. 

SSRİ məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik olan Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun elmi yaradıcılığı ilə sıx bağlı olmuşdur. Eyyub Bəşirovun dünyada ilk dəfə tətbiq etdiyi "Bəşirov metodu” kimi adlandırılan süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin sınaqları da burada aparılmışdır.

Sovetlər birliyi dövründə E.Bəşirov təkcə ölkə miqyasında deyil, beynəlxalq tədbirlərdə də fəal iştirak edirdi. 1961-ci ildə Hindistanın Heydərabad şəhərində alimin iştirakı ilə "Ümumhindistan heyvandarlıq sərgisi" təşkil edilir. Sərgidə Eyyub Bəşirov nümayiş olunan Hindistanın 12 camış, 38 zebu cinslərinin genotip və fenotipini öyrənir. Bombey südçülük koloniyasından isə "Mürrəh" cinsindən olan damazlıq rekord camış kəllərini və düyələrini seçərək Azərbaycana gətirilməsini təklif edir. Lakin son anda həmin heyvanlar Moskvanın göstərişi ilə Bolqarıstana göndərilir. Həmin heyvanların əsasında da Eyyub Bəşirov bolqar alimi, professor Aleko Aliksiyevlə birgə "Yeni Bolqar mürrəhi" tipini yaradırlar. Öz yüksək məhsuldarlığı, yüksək keyfiyyətilə "Bolqar mürrəhi" bu gün də dünyada seçilir.

2007-ci il iyunun 29-da Respublika Kənd Təsərrüfatı Nazirliyinin Damazlıq Şurası tərəfindən iki yeni qoyun cinsi təsdiq edilmişdir. Bunlardan biri Morul Dəmirovun apardığı seleksiya-damazlıq işləri əsasında yaradılmış "Mil-Qarabağ", digəri isə Nəcəf Nəcəfovun rəhbərliyi ilə yaradılmış "Abşeron" cinsləridir. Hər iki cinslərin yaradılmasının elmi rəhbəri və məsləhətçisi Eyyub Bəşirov olmuşdur.

Eyyub müəllim müxtəlif dövrlərdə Hindistanda, Əlcəzairdə, Çilidə və Əfqanıstanda olarkən bu ölkələrin kənd təsərrüfatı sahəsinin, damazlıq sisteminin təşkilində, inkişaf etdirilməsində və möhkəmləndirilməsində, milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Elə buna görə də həmin dövlətlərin başçıları alimin şəxsən özünə və Sov.İKP MK-nın baş katibi Leonid İliç Brejnevə dərin minnətdarlığını bildirmişdilər.

1971-ci ildə Sov.İKP MK-nın katibi A.P. Kirilenko Çiliyə gedəcək iki nəfər alim-mütəxəssisin, Smirnovun və Eyyub Bəşirovun sənədlərini Baş katib Leonid İliç Brejnevə təqdim edir. Milli Birlik hökuməti dövründə, XX əsrin 70-ci illərinin əvvəllərində L.İ.Brejnevin göstərişi ilə  bir ekspert-alim, mütəxəssis kimi Çiliyə ezam olunan Eyyub Bəşirov bu ölkənin iqlim şəraitini, aqrar-ekoloji vəziyyətini, heyvandarlığın ayrı-ayrı bölgələrdə inkişaf perspektivlərini, maddi-texniki bazasını, sahənin inkişafına lazım gələn bütün amilləri araşdırıb öyrənir, tədqiq edir. Aparılan tədqiqatların nəticəsi kimi "Çilinin heyvandarlığı" adlı əsər yazaraq Çili hökumətinə təqdim edir. Prezident Salvador Alyendenin aşağıdakı sözləri isə azərbaycanlı alimin əməyinə verilən ən yüksək qiymət hesab oluna bilər: "Cənab Eyyub Bəşirovun 45 gündə gördüyü iş Çilinin birinci dərəcəli elmi-tədqiqat institutlarının altı ayda gördüyü işlərə bərabərdir".

Eyyub müəllim 1946-1966 və 1968-1970-ci illərdə Əlcəzairdə gördüyü işlər, apardığı elmi tədqiqatlar bu ölkənin kənd təsərrüfatının, heyvandarlığının inkişafında mühüm rol oynadı. Ölkədə damazlıq heyvandarlıq sistemi quruldu. Süni mayalama stansiyaları təşkil edildi. Süni mayalamanın geniş tətbiqi vasitəsilə məhsuldarlıq artırıldı. Müasir texnologiyalardan istifadə olunması, süni mayalandırmanın aparılması qısırlığı aradan qaldırdı. Həyata keçirilən tədbirlər hər 100 ana qoyundan 111, inəklərdən isə 95-100 bala almağa imkan verdi. O dövrdə bu rəqəmlər qoyunlar üzrə Şimali Afrika ölkələrində görünməmiş rekord bir göstərici idi. İnəklərdən alınan balaların sayı isə dünya rekordu idi. Həm də həmin bölgədə, həmin ölkələr arasında ilk dəfə olaraq Əlcəzairdə damazlıq-seleksiya, damazlıq-döllük, süni mayalama stansiyalarında, məntəqələrində çalışacaq, altı aylıq kurslarda 200 nəfərlik mütəxəssislər korpusu yaradıldı.

1966-cı ilin yayında Fransanın Kənd Təsərrüfatı nazirinin, baytarlıq xidməti generalının Əlcəzairə gəlməsi, Eyyub Bəşirovla görüşməsi, onun bu ölkədə apardığı təcrübələr və əldə etdiyi elmi-təcrübəvi nailiyyətlərlə tanışlığı və ondan aldığı məsləhətlər nəticəsində, Fransada süni mayalama texnologiyası xeyli təkmilləşdirildi. Hazırda ən mütərəqqi texnologiya kimi bundan dünyanın bütün qabaqcıl ölkələrində istifadə edilir.

XX əsrin 80-ci illərində Əfqanıstanda gedən dərin, mürəkkəb tarixi proseslərin ən qızğın çağında Eyyub Bəşirov bu ölkədə işləməli olur. Kənd Təsərrüfatı nazirinin müşaviri vəzifəsində çalışan alim bu ölkənin aqrar sektorunun dirçəlməsinə, məhsul istehsalının artırılmasına, sahənin elmi əsaslarının yaradılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nail oldu.

Eyyub Bəşirov hazırda Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidentidir. O, bu ictimai quruma rəhbərlik etməklə yanaşı, Azərbaycan Camışçılar Assosiasiyası, Azərbaycan Arıçılar İttifaqının fəaliyyətinin istiqamətləndirilməsində fəal iştirak edir. O, altı dildə yazıb, oxuyub və tədqiqatlar aparmış, indi də elmi yaradıcılığını davam etdirir.

 

ELMİ YARADICILIĞI

 

Eyyub Bəşirov elmi yaradıcılığa XX əsrin ortalarında – 1947-ci ildə başlamışdır. Onun elmi yaradıcılığı geniş və çoxşaxəlidir; yaradıcılığının coğrafiyası isə olduqca böyük bir ərazini - Cənubi Amerika, Şimali Afrika,Avropa və Asiya ölkələrini əhatə edir. Alimin yaradıcılığını şərti olaraq üç istiqamətdə nəzərdən keçirmək olar:

Birinci istiqamət – Moskvadakı fəaliyyəti. 1947-1954-cü illəri əhatə edir. Bu dövrə akademik K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında oxuduğu illərdə yazılmış əsərlər, aparılmış elmi tədqiqatlar aiddir.

İkinci istiqamət - Azərbaycanda apardığı işlər. Bu istiqamətdə apardığı işlər 1950-ci ildən başlayır və bu gün də davam etməkdə

Üçüncü istiqamət - xarici ölkələrdəki ezamiyyətlər:

Hindistan - 1961-ci il (altı ay);

İtaliya - 1964-cü il (6-25 sentyabr);

Əlcəzair - 1964-1966-cı, 1968-1970-ci illər;

Çili - 1971-ci il (noyabr, dekabr);

Əfqanıstan - 1981-1983-cü illər.

1964-cü ilin sentyabrın 6-dan 13-ə kimi İtaliyanın Trento şəhərində V Beynəlxalq Elmi Konqres keçirildi. Bu böyük elmi məclisdə 64 ölkədən 1200 nəfər alim iştirak edirdi. Həmin elmi məclisdə Eyyub Bəşirov "Camışların törəyib çoxalmasının biologiyası və süni mayalandırılması" mövzusunda elmi məruzə etmişdir. Böyük maraqla dinlənilən elmi məruzə bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutmuş və qızıl medala layiq görülmüşdür. Roma Papası VI Pavel şəxsən özü alimi böyük uğur münasibətilə təbrik etmiş və öz portretini ona hədiyyə vermişdir.

Eyyub Bəşirovun Azərbaycanda fəaliyyətinin böyük bir hissəsi Kənd təsərrüfatı Nazirliyinin “Azərdamazlıq” Respublika İstehsalat-Elm Birliyi ilə sıx bağlı olmuşdur. Bu təşkilatda onun rəhbərliyi altında damazlıq heyvanların törəyib çoxalmasının biologiyası və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental və tətbiqi işlər aparmış və yaxşı nəticələr əldə etmişdir. Onun təşkilatçılığı ilə, professor R.Səttarzadə və əməkdar zootexnik S.Həsənov tərəfindən Qarabağ atlarının Dövlət Damazlıq Kitabının 1-ci cildi 1987-ci ildə tərtib və nəşr olunmüşdur. Eyyub Bəşirov 2005-2006-cı illərdə “Azərdamazlıq” RİE Birliyinin mütəxəssisləri  X.Rəcəbli, N. Səfərov, D.Səfərov və başqaları tərəfindən tərtib edilmiş Qarabağ atlarının Dövlət Damazlıq Kitabının 2-ci cildinin, Dilbaz atlarının Dövlət Damazlıq Kitabının 2-ci cildinin, habelə “Dilbaz atı” elmi əsərinin elmi redaktoru olmuşdur. Onun məsləhəti və redaktorluğu ilə “Azərbaycan camışı”, ”Abşeron qoyun cinsi” və bir sıra digər elmi-kütləvi filmlər çəkilmişdir. “Azərdamazlıq” RİE Birliyinində 2007-ci ildən başlayaraq, hazırda E.Bəşirovun rəhbərlik etdiyi “Heyvandarlıq Cəmiyyəti” İctimayi Birliyi tərəfindən davam davam etdirildən “Pirasora” qoyun cinsinin yaradılması üzrə seleksiya-damazlıq proqramının həyata keçirilməsində elmi məsləhətçi qismində öz köməyini əsirgəmir.

 

ELMİ ƏSƏRLƏRİ

 

Eyyub Bəşirov 125 nəşr edilmiş elmi və elmi-publisistik məqalələrin, 2 dərsliyin, 3 monoqrafiyanın, 3 təlimatın müəllifidir. Elmi əsərlərindən aşağıdakılar daha geniş populyarlıq qazanmışdır:

"Əlcəzairin heyvandarlığı";

"Çilinin heyvandarlığı";

"Milli Birlik hökuməti dövründə heyvandarlığın inkişaf perspektivləri";

"Əfqanıstanın heyvandarlığı";

"Hindistan və Bolqarıstanda camışçılıq";

"Yeni Bolqar mürrəhi camış cinsinin yaradılması";

"Azərbaycanda damazlıq heyvandarlığının problemləri və inkişafının elmi əsasları".

 

NAİLİYYƏTLƏRİ VƏ TƏLTİFLƏRİ

 

Aqrar sahənin inkişafındakı xidmətlərinə görə Eyyub Bəşirov“Şərəf nişanı” ordeninə, Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanına layiq görülmüş, damazlıq işinin təşkilinə və bu sahədəki nailiyyətlərinə görə İtaliyada beşinci Dünya bioloq alimlərinin elmi simpoziumunun yubiley medalı ilə təltif edilmişdir. 1997-ci ildə Beynəlxalq Enerji-İnformatika Elmlər Akademiyasının, 2004-cü ildə Beynəlxalq “Vektor” Elmi Mərkəzinin “XXI əsrin tanınmış alimi” diplomuna layiq görülmüş, Rusiya Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvüdür.