“Kənd həyatı” qəzetinin tarixi haqqında məlumat

Böyütmək | Kiçiltmək 1923-cü il iyul ayının 16-da Bakıda “Kəndçi qəzetəsi”nin birinci nömrəsi çapdan çıxıb. 1924-cü ilin dekabrından qəzet “Kəndli qəzetəsi” adı ilə nəşr olunub.
8 oktyabr 1932-ci ildə qəzet “Azərbaycan kolxozçusu” adı ilə nəşr edilib.
1953-cü ilin iyulun 23-də qəzet “Azərbaycan kənd təsərrüfatı” adı ilə fəaliyyətə başlayır.
1960-cı ilin avqust ayından Azərbaycan KP MK-nın kütləvi qəzeti olmaqla “Sovet kəndi” adı ilə çıxmağa başlayıb.
1991-ci ildə “Bərəkət”, 1992-ci ildə “Həyat” adı ilə nəşr olunub.
2004-cü ilin sentyabr ayından qəzet “Kənd həyatı” adı ilə dövlət qeydiyyatından keçmişdir.

Bunun üçün redaksiyanın qarşısında duran vəzifələr aşağıdakılardır:

1. Respublikamızda aparılan aqrar islahatların üstünlüklərin, sahibkarların əldə etdikləri nailiyyətlərin (qabaqcılların təcrübə məktəbi rublikası altında) kənd əhalisinə çatdırılması əsas vəzifələrdən biri olacaq;
2. “Keyfiyyətli toxum bol məhsulun əsasıdır” rubrikasında kənd təsərrüfatı bitkilərinin əkilməsi, becərilməsi, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması, keyfiyyətli və standartlara uyğunluğu səpin və aqrotexniki tədbirlərin aparılması, müddəti və səpin kompaniyası və onun keçirilmə qaydaları haqqında fermerlərə hərtərəfli alim və mütəxəssis məsləhəti veriləcəkdir;
3. Heyvanların cins tərkibinin yaxşılaşdırılması intensiv kökəltmənin, süni mayalandırmanın tətbiqi, yemçiliyin təşkili, baytarlıq profilaktiki tədbirlərin aparılma qaydaları, peyvənd edilməsi, xəstəliklərin yayılmasının qarşısının alınması ətlik maldarlığın inkişaf perspektivləri haqqında mütəxəssis tövsiyələrinə və təlimatı göstəricilərin kənd əməkçilərinə çatdırılması qarşıda duran əsas vəzifələrdən biri olacaqdır.
4. Kənd təsərrüfatında texnikaların çatışmamazlığında yaranan problemlər, torpağa texniki xidmətin göstərilməsində kəndlinin üzləşdiyi çətinliklər, onlardan çıxış yolları barədə mütəxəssis yazıları vaxtaşırı olaraq dərc ediləcək. Kənd təsərrüfatı maşınlarına olan ehtiyacı, həmin maşınların keyfiyyət məsələlərində qəzet kənd ocxucusuna kömək göstərəcək. Kənd təsərrüfatı maşınlarının alqı-satqısı barədə səhifələrdə reklam-elanlar dərc etmək nəzərdə tutulur.
5. Kənd təsərrüfatında müasir dövrün tələbatı
İnternetə çıxış. – Beynəlxalq aləmdə baş verən kənd təsərrüfatı yeniliklərini, Müstəqil Dövlətlər Birliyi ölkələrində kənd təsərrüfatı sahəsində çalışan qabaqcılların iş təcrübəsin fermerlərə, iş adamlarına çatdırmaq.
6. Qəzetin hər sayında respublikamızın bazarlarında olan kənd təsərrüfatı məhsullarının qiymətini dərc etmək.
7. Fermerləri gömrük və vergi qanunları ilə yaxından tanış etmək, kreditin möhnəti ödəniş vasitəsi olduğu barədə qəzet səhifələrində vaxtaşırı yazılar dərc etmək.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elm şöbəsinin xətti ilə kənd təsərrüfatı sahəsində yerinə yetirilməsi nəzərdə tutulan işlər və bu sahədə nazirlik tərəfindən həyata keçirilən tədbirlər və görülən işlərin oxucu auditoriyasına çatdırılması qarşıda duran əsas məqsəd və vəzifələrdən biri olacaq.
9. Torpaqların eroziyaya uğraması, hər il eyni torpaq sahələrinin yararsız hala düşməsi, sonda məhsuldarlığa mənfi təsir göstərir. Belə olan halda kəndlinin torpağa qoyduğu investisiya səmərəsiz olur və ziyanla nəticələnir. Bütün bunları aradan qaldırmaq üçün kəndliyə mütəxəssis məsləhəti vacibdir. Məhz bu məsələlərdə “Kənd həyatı” qəzetinin səhifələrində dərc ediləcəkdir.
10. Ölkədə elmi-texniki nailiyyətlər, qanunlar və digər normativ sənədlərin, dövlət proqramında nəzərdə tutulan tədbirlərin sahibkarlara çatdırılması əsas məqsədimiz olmalıdır;
11. Sahibkarların təşkilatlanmaları üçün bazar iqtisadiyyatına dair informasiya və məsləhət xarakterli məlumatların sahibkarlara çatdırılması əsas vəzifələrdən biri olacaqdır.
12. Qəzetin hər sayında reklam və elanlara xüsusi yer ayrılacaq.