FERMERLƏR MEYVƏ BAĞLARININ İDARƏ EDİLMƏSİ ÜZRƏ TƏLİMLƏRƏ CƏLB OLUNUBLAR

Böyütmək | Kiçiltmək

FERMERLƏR MEYVƏ BAĞLARININ İDARƏ EDİLMƏSİ ÜZRƏ TƏLİMLƏRƏ CƏLB OLUNUBLAR
Yanvarın 31-dən başlayaraq Qubadakı “Fermer evi”ndə meyvə bağlarının idarə olunması üzrə qısamüddətli təlim kursları təşkil edilib.

Təlimlər fevralın 8-dək, həftədə iki dəfə olmaqla davam edəcək.

Bütöv tədarük zəncirini əhatə edəcək kurslarda nümunəvi bağçılıq, intensiv bağçılığa keçid, becərmə və zərərvericilərə qarşı mübarizə, yığım və depolama, logistika və marketinq mövzuları öyrədiləcək.

Kənd Təsərrüfatı Nazirliyinin Elm və Təhsil şöbəsinin müdiri Namik Məmmədov bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair FERMERLƏR MEYVƏ BAĞLARININ İDARƏ EDİLMƏSİ ÜZRƏ TƏLİMLƏRƏ CƏLB OLUNUBLARStrateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı istehsalçıları və fermerlərə dəstək məqsədilə informasiya-məsləhət xidmətlərinin yenidən təşkil olunması və formalaşdırılması əsas istiqamətlərdən biri kimi göstərilib. Məhz buna görə də nazirlik beynəlxalq ekspertləri də cəlb etməklə bu istiqamətdə iş aparır. Qubada təşkil olunan kursların hazırlanması Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlığının nəticəsidir. Təlimləri “Consulting Group” MMC və Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin mütəxəssisləri aparırlar.

Təlimdə iştirak edən fermerlər ekspertlərin təqdimatlarını dinləməklə yanaşı, müvafiq metodiki vəsaitlər əldə edəcək, Quba rayonunda yerləşən nümunəvi bağların fəaliyyətləri ilə də tanış olacaqlar.

Regionda meyvə bağlarının salınması və idarəolunması ilə məşğul olmaq istəyən hər bir fermer müraciət edib təlimlərə qatıla bilər. Təlimlər ödənişsizdir.

Bu kimi təlimlər ölkəmizin digər regionlarında da təşkil olunacaq.