ÜÇÜNCÜ AZƏRBAYCAN BEYNƏLXALQ ARIÇILIQ KONFRANSI KEÇİRİLƏCƏKDİR

Böyütmək | Kiçiltmək |

ÜÇÜNCÜ AZƏRBAYCAN BEYNƏLXALQ ARIÇILIQ KONFRANSI KEÇİRİLƏCƏKDİR4-6 fevral 2017 - ci il tarixdə Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən AF Oteldə 3-cü Azerbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcəkdir. Konfransda iştirak etmək üçün bu günə qədər 155 nəfər qeydiyyatdan kecmişdir. Azərbaycandan olan iştirakçılar arasında  arıçılarla bərabər müvafiq dövlət qurumlarının nümayəndələri, alimlər, arıçılıq sahəsi üzrə mütəxəssislər, arıçılıq layihələri həyata keçirən ictimai bırliklərin nümayəndələri də vardır. Yerli və xarici mütəxəssislər, o cümlədən arıçılıq birliklərinin nümayənləri Azərbaycan arıçılarını müasir arı saxlama texnologiyaları ilə tanış edəcəklər. Türkiyədə yayımlanan ‘’Bereket TV‘’ kanalının çəkiliş qrupu da qonaqlar sırasındadır.

Bundan başqa bu ilin sentyabrında İstanbulda keçiriləcək 45-ci Ümumdünya Apimondiya kongresinin təşkilat komitəsinin və elmi  şurasının sədrləri, həmçinin digər səlahiyyətli nümayəndələri konfransda iştirak edəcəklər. Konfransda arıcılığın bütün sahələrini əhatə edən mövzular müzakirə olunacaq.

Əlavə məlumatı  www.konfransari.com internet  ünvanından almaq olar.