KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV HACIQABUL RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

Böyütmək | Kiçiltmək

KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV HACIQABUL RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB
KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV HACIQABUL RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 24-də Hacıqabul Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Heydər Əsədov Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin diaqnostik kabinetinə və Avropanın ən müasir avadanlıqları ilə təchiz olunmuş laboratoriyasına baxış keçirib.

KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV HACIQABUL RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİBKƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV HACIQABUL RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar əsasən texnika və işlə təminat, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, torpaq mübahisəsinin həll olunması və cins mal-qaranın alınmasına köməklik göstərilməsi ilə bağlı müraciətlər ediblər.

Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Sonra kənd təsərrüfatı nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV HACIQABUL RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİBKƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV HACIQABUL RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİBMəlumat verilib ki, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və ətraf rayonlardan olan 81 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 2 milyon 205 min 460 manat məbləğində 139 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 815 min 690 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 37 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. Həmçinin texnikaların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib, vətəndaşlara müvafiq sənədlər təqdim olunub.

Eyni zamanda, “Aqrolizinq” ASC-nin əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 7 min 235 istifadəçinin lizinqə götürdüyü 16 min 134 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 96 milyon 121 min 932 manat məbləğində güzəşt tətbiq olunub.

Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Hacıqabul, Salyan, Neftçala və Biləsuvardan olan 120 mexanizatora traktor və digər kənd təsərrüfatı texnikasını idarə etmək üçün sürücülük vəsiqələri verilib.