ELEKTRON KƏND TƏSƏRRÜFATI SİSTEMİ ÜZRƏ AVROPA TƏCRÜBƏSİ ÖYRƏNİLİR

Böyütmək | Kiçiltmək

ELEKTRON KƏND TƏSƏRRÜFATI SİSTEMİ ÜZRƏ AVROPA TƏCRÜBƏSİ ÖYRƏNİLİR
ELEKTRON KƏND TƏSƏRRÜFATI SİSTEMİ ÜZRƏ AVROPA TƏCRÜBƏSİ ÖYRƏNİLİRCari ilin 9-15 aprel tarixlərində Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqının “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsi çərçivəsində Avropa İttifaqının iki üzv ölkəsində - Estoniya və Litvada Təlim Səfərində olub.

Səfər çərçivəsində hər iki ölkənin Kənd Təsərrüfatı Nazirliklərinin nəzdində fəaliyyət göstərən Estoniyanın Kənd Təsərrüfatı Reyestrləri və İnformasiya Agentliyində, Litva Milli Ödəniş Agentliyində və Litvanın Kənd Təsərrüfatı üzrə Reyestrlər və Kənd Biznesi Mərkəzində geniş tərkibli görüşlər keçirilmişdir.  Nümayəndə heyəti həmçinin Estoniyanın Tartu şəhərində müasir heyvandarlıq təsərrüfatına və Litvanın Trakai şəhərində dövlət subsidiyasından yararlanmış benefisiar təşkilatda olmuş, eləcə də kənd təsərrüfatı sahəsində tətbiq edilən informasiya sistemləri və innovativ texnologiyalar üzrə bu ölkələrin təcrübələri ilə tanış olub.

ELEKTRON KƏND TƏSƏRRÜFATI SİSTEMİ ÜZRƏ AVROPA TƏCRÜBƏSİ ÖYRƏNİLİRELEKTRON KƏND TƏSƏRRÜFATI SİSTEMİ ÜZRƏ AVROPA TƏCRÜBƏSİ ÖYRƏNİLİR
Təlim səfəri zamanı məlumat və İnformasiya təhlükəsizliyi, biznes proseslər və onların avtomatlaş- dırılması, İT əsaslı subsidiya sistemləri və onlardan istifadə, Reyestrlər (K/t torpaq sahələri -TSİS, heyvanların reyestri, təsərrüfatların reyestri və s.), cari vəziyyət, təcrübələr, çətinliklər, öyrənilmiş dərslər və imkanlar, məlumatların mübadiləsi, paylanması və web portallar, məlumat bazaları, onlayn ərizələr, iş axınlarıı və s. mövzular müzakirə olunub.

Səfər şərçivəsində nümayəndə heyətinin rəhbəri İlham Bayramov və qeyd olunan layihəni icra edən Konsorsiumun təmsilçisi Firdovsi Mütəllimov Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyində Azərbaycan Respublikasının Litvadakı Fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Məmmədzadə və səfirliyin Attaşesi cənab Samir Musayevlə görüş keçirib və görüş zamanı kənd təsərrüfatı sahəsində həyata keçirilən sistemli tədbirlər, yeniliklər və innovativ layihələr barədə Səfirə məlumat verilib, həmçinin Azərbaycan Respublikası ilə Litva Respublikası arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq təkliflər üzrə fikir mübadiləsi aparılıb.