BAKI ŞƏHƏRİNDƏ KEÇİRİLƏN “ÇƏYİRTKƏLƏRİN MONİTORİNQİ VƏ MƏLUMAT MÜBADİLƏSİ” ÜZRƏ SEMİNAR BAŞA ÇATIB

Böyütmək | Kiçiltmək

BAKI ŞƏHƏRİNDƏ KEÇİRİLƏN “ÇƏYİRTKƏLƏRİN MONİTORİNQİ VƏ MƏLUMAT MÜBADİLƏSİ” ÜZRƏ SEMİNAR BAŞA ÇATIB
BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) “Qafqaz və Orta Asiyada çəyirtkələr əleyhinə milli və regional mübarizənin təkmilləşdi- rilməsi proqramı”na (GCP/SEC/004/TUR layihəsi) müvafiq olaraq 17 aprel 2017-ci il tarixində Bakı şəhərində başlayan “Çəyirkələrin monitorinqi və məlumat mübadiləsi” üzrə seminar 22 aprel 2017-ci il tarixdə başa çatıb.

Təlim sessiyasında zərərverici əleyhinə mübarizə tədbirlərini müasir tələblər səviyyəsinə çatdırmaq üçün çəyitkələrin bioekologiyası, davranış və miqrasiyaları, onların miqdarca tənzimlənməsi məsələləri, BAKI ŞƏHƏRİNDƏ KEÇİRİLƏN “ÇƏYİRTKƏLƏRİN MONİTORİNQİ VƏ MƏLUMAT MÜBADİLƏSİ” ÜZRƏ SEMİNAR BAŞA ÇATIB
monitorinqin əsasları, çəyirtkələrin miqdar və yayılmalarının qiymətləndi- rilməsi üsulları, çəyirtkələr üzrə məlumatların standartlaş- dırılması, məlumat toplanmasının avtomatlaş- dırılması sistemi və çəyirtkələrlə bağlı proqnozların hazırlanması məsələlərinə dair təqdimatlar keçirilib.

FAO-nun beynəlxalq məsləhətçiləri –Aleksandr Laçıninskiy və Nadiya Muratova çəyirtkəkimilərə qarşı mübarizədə beynəlxalq təcrübənin tətbiq edilməsinin nəzəri və praktiki yollarını şərh ediblər. Həmçinin, praktiki vərdişləri aşılamaq üçün zərərvericinin çoxalması mənbələrində tarla təcrübəsi və çəyirtkələr üzrə müasir müayinə üsulları nümayiş olunub. Təlim çəyirtkələrə dair statistik informasiyanın daxil olunması üçün interfeys və coğrafi informasiya sistemi məhsullarının yaradılması ilə yekunlaşıb.

BAKI ŞƏHƏRİNDƏ KEÇİRİLƏN “ÇƏYİRTKƏLƏRİN MONİTORİNQİ VƏ MƏLUMAT MÜBADİLƏSİ” ÜZRƏ SEMİNAR BAŞA ÇATIBSeminarın sonunda çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev dövlət xidmətinin fəaliyyəti, ən müasir texnika və texnoloji avadanlıqlarla təchiz olunmuş laboratoriyalar barədə qısa məlumat verərək kənd təsərrüfatı məhsullarının zərərvericilərdən qorunması istiqamətində görülən işlər və mübarizə tədbirləri zamanı tətbiq olunan beynəlxalq təcrübə barədə danışıb.  

Seminarın əhəmiyyəti barədə danışan Dövlət Xidmətinin rəisi çəyirtkələrə qarşı mübarizədə beynəlxalq təcrübənin elmi və praktiki cəhətdən iştirakçılara çatdırılmasının vacibliyini bildirib və FAO ekspertlərinə öz təşəkkürünü bildirib.

Tədbirin sonuncu günü isə seminar iştirakçılarına sertifikatlar və avadanlıqlar təqdim edilib.