KƏND TƏSƏRRÜFATI NAZİRLİYINDƏ “YOL XƏRİTƏSİ”NİN TƏDBİRLƏR PLANINDA NƏZƏRDƏ TUTULAN TƏDBİRLƏRİN İCRASINI TƏMİN ETMƏK MƏQSƏDİLƏ İŞÇİ QRUPLARI YARADILIB

Böyütmək | Kiçiltmək

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə kənd təsərrüfatı nazirinin 24 aprel 2017-ci il tarxili 29 nömrəli Əmri ilə işçi qrupları yaradılıb.

İşçi qruplarının tərkibi Kənd Təsərrüfatı Nazirliyinin Aparatının struktur bölmələrinin, struktura daxil olan və tabeliyindəki qurumların, habelə aidiyyəti dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən ibarət təşkil olunub.
“Tədbirlər Planın”da nəzərdə tutulan tədbirlərin aidiyyəti üzrə icra edilməsi üçün İşçi qrupları 7 istiqamət üzrə yaradılıb.

  • “Elektron Kənd Təsərrüfatı”, torpaqdan istifadə və ətraf mühit məsələləri;
  • Heyvandarlıq sahəsinin və baytarlıq xidmətinin inkişafı məsələləri;
  • Bitkiçilik sahəsinin, fitosanitar nəzarət və bitki mühafizəsi xidmətinin inkişafı məsələləri;
  • Kənd təsərrüfatı sahəsində maliyyə, kredit, sığorta və investisiya qoyuluşu məsələləri;
  • Kənd təsərrüfatı sahəsində elm, təhsil, informasiya-məsləhət xidmətləri və kooperasiyaların inkişafı məsələləri;
  • Kənd təsərrüfatı sahəsində institusional potensialın gücləndirilməsi, bazar tənzimlənməsi, monitorinq və qiymətləndirmə məsələləri;
  • Kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması məsələləri.
     
    İşçi qruplarına fəaliyyət istiqamətlərinə uyğun olaraq səlahiyyətləri daxilində “Yol Xəritəsi”ndən irəli gələn məsələləri həll etmələri tapşırılıb.