“TÜRKİYƏNİN ANTALYA ŞƏHƏRİNDƏ “TÜRKİYƏ-AFRİKA 1-Cİ KƏND TƏSƏRRÜFATI NAZİRLƏRİNİN İCLASI VƏ BİZNES FORUM” KEÇİRİLƏCƏK

Böyütmək | Kiçiltmək

 

2017-ci ilin 27-28 aprel tarixlərində Türkiyənin Antalya şəhərində “Türkiyə-Afrika 1-ci kənd təsərrüfatı nazirlərinin iclası və Biznes Forum” keçiriləcək.

Türkiyə Respublikasının qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk  Çeliyin dəvəti ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri Heydər Əsədov tədbirdə iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə rəsmi səfərdədir.

Tədbirdə “Qida təhlükəsizliyinin təmin edilməsində kəndin birgə inkişafı”, eləcə də özəl sektorun nümayəndələri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri ətrafında müzakirələr aparılacaq, həmçinin aqrar sahənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması, o cümlədən Azərbaycan, Türkiyə və Afrika ölkələri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatdırılması məqsədi ilə fikir mübadiləsi aparılacaq.