QAX RAYON DAMAZLIQ İPƏKÇILIK STANSIYASINDA ON BEŞ RAYONUN KÜMÇÜLƏRİNƏ İPƏKQURDLARI PAYLANILIB

Böyütmək | Kiçiltmək

QAX RAYON DAMAZLIQ İPƏKÇILIK STANSIYASINDA ON BEŞ RAYONUN KÜMÇÜLƏRİNƏ İPƏKQURDLARI PAYLANILIB
QAX RAYON DAMAZLIQ İPƏKÇILIK STANSIYASINDA ON BEŞ RAYONUN KÜMÇÜLƏRİNƏ İPƏKQURDLARI PAYLANILIB
Ölkəmizdə kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipəkçiliyin müasir infrastruktu- runun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Azərbaycan Prezidentinin cari ildə barama istehsalının azı iki dəfədən çox artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilərək, aprelin 18-də Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.

QAX RAYON DAMAZLIQ İPƏKÇILIK STANSIYASINDA ON BEŞ RAYONUN KÜMÇÜLƏRİNƏ İPƏKQURDLARI PAYLANILIB
QAX RAYON DAMAZLIQ İPƏKÇILIK STANSIYASINDA ON BEŞ RAYONUN KÜMÇÜLƏRİNƏ İPƏKQURDLARI PAYLANILIB
Aprelin 29-da stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının bir hissəsi əvvəlcədən müəyyənləş- dirilmiş bölgü əsasında aran bölgəsindən olan 15 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılıb.

Bu münasibətlə keçirilən tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov rayonların baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə barama qurdlarının bəslənilməsi ilə bağlı lazımi məsləhət və tövsiyələrini veriblər.

Kümçülərlə söhbət zamanı İlham Quliyev baramaçılığın çox sərfəli və gəlirli bir fəaliyyət sahəsi olduğunu vurğulayıb. Qeyd edib ki, baramaçılıqla məşğul olan ailələr digər təsərrüfat sahələrindən ayrılmadan bir ay, ay yarım müddətində əlavə gəlir əldə edə, qazanclarını artıra bilərlər. Diqqətə çatdırılıb ki, ötən il baramaçılıqdan 1254 kümçü ailəsi yararlanıb. Cari mövsümdə isə baramaçılıqla məşğul olan ailələrin sayı 3 dəfədən çox artacaq.

QAX RAYON DAMAZLIQ İPƏKÇILIK STANSIYASINDA ON BEŞ RAYONUN KÜMÇÜLƏRİNƏ İPƏKQURDLARI PAYLANILIB
QAX RAYON DAMAZLIQ İPƏKÇILIK STANSIYASINDA ON BEŞ RAYONUN KÜMÇÜLƏRİNƏ İPƏKQURDLARI PAYLANILIBNazir müavinin bildirdiyinə görə, dövlət istehsal olunmuş yaş baramanın hər kiloqramına 5 manat subsidiya verir. Eyni zamanda, “Şəki-İpək” ASC barama məhsulunu qəbul edərkən istehsalçılara 4 manat ödəyəcək. Beləliklə, istehsalçılara hər kiloqram barama üçün 9 manat, yəni ötən ildəkindən 1 manat çox vəsait ödəniləcək.

İlham Quliyev bildirib ki, yaxın gələcəkdə Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun yenidən qurulacaq, burada kümçüləri damazlıq barama toxumu ilə təmin edəcək yeni zavod fəaliyyətə başlayacaq. Beləliklə, xaricdən barama toxumu gətirməyə artıq ehtiyac qalmayacaq.

Stansiyadan ipəkqurdlarını təhvil alan rayonların nümayəndələrinə barama istehsalı texnologiyasına dair video-tövsiyə, buklet və məlumat kitabçaları verilib.

Qeyd edilib ki, stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının qalan hissəsi mayın 1-3-də dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılacaq.

Sonra nazir müavini İlham Quliyev, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və nazirliyin mütəxəssisləri ötən il Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş tinglərin əkildiyi bağ sahəsinə baxış keçiriblər.