AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ YENİ LABORATORİYA İSTİFADƏYƏ VERİLİB

Böyütmək | Kiçiltmək |

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ YENİ LABORATORİYA İSTİFADƏYƏ VERİLİB

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ YENİ LABORATORİYA İSTİFADƏYƏ VERİLİB
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ YENİ LABORATORİYA İSTİFADƏYƏ VERİLİB
Azərbaycan Dövlət Aqrar Universi- tetinin Aqranomluq fakültəsində torpaqşü- naslıq və aqrokimya kafedrasının elmi-tədqiqat  laboratori- yası fəaliyyətə başlayıb.

Dövlətin aqrar sahəyə göstərdiyi  qayğının nəticəsi olaraq respubli- kamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya  laborato- riyaları  açılıb. Bu laboratori- yalardan biri də ADAU-nun aqronomluq fakültəsinin torpaqşünaslıq və aqrokimya kafedrasında qurulub. Həmin  laboratoriyada digər  kafedraların əməkdaşları da öz elmi–tədqiqat işləri üçün torpaq və bitki analizləri apara biləcək. Yeni açılan laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementləri  təyin  etmək  mümkündür. Bundan əlavə torpağın aqrokimyəvi,  bioloji,  su-fiziki, hava və istilik xassələrini də təyin etməyə imkan var.

Laboratoriyanın ən üstün cəhətlərindən biri də odur ki, burada torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri, aşkar etmək mümkündür. Hazırda Universitetin 2 tələbəsi və  bir laborantı  Bakı  şəhərində  bu  laboratoriyanın iş prinsipini öyrənib və laboratoriya işə başlayıb.

Laboratoriya həmçinin Respublikamızın bölgələrində fəaliyyət göstərən  fermerlərə xidmət edəcək.