AZƏRBAYCAN RESBUBLİKASINDA ELEKTRON KƏND TƏSƏRRÜFATININ COĞRAFİ MƏLUMAT BAZASININ YARADILMASI LAYİHƏSİNİN TƏQDİMATI OLUB

Böyütmək | Kiçiltmək

AZƏRBAYCAN RESBUBLİKASINDA ELEKTRON KƏND TƏSƏRRÜFATININ COĞRAFİ MƏLUMAT BAZASININ YARADILMASI LAYİHƏSİNİN TƏQDİMATI OLUBMay ayının 13-də Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Resbublikasında “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemin yaradılması layihəsi çərçivəsində “Coğrafi Məlumat Bazası”nın yaradılması komponentinin təqdimatı olub. Tədbirdə nazir Heydər Əsədov, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri iştirak edib.

Təqdimatda Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin məkan məlumatlar bazasının yaradılması üçün Azərbaycan Respublikası ərazisi üzrə ortofoto xəritələrinin hazırlanması, Elektron Kənd Təsərrifatı sisteminin Coğrafi Məlumat Bazasının yaradılması, Xaçmaz rayonu üzrə subsidiya alan kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri torpaq sahələrinin xəritələndirilməsi və Azərbaycan respublikasının müvafiq ərazilərində müasir texnologiyalardan və innovativ metodlardan istifadə etməklə şoranlaşmış torpaq sahələrinin müəyyən edilməsi və həmin torpaq sahələrinin coğrafi  məlimat bazasının yaradılması layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

Aparat rəhbəri bildirib ki, Coğrafi məlumat bazasının formlaşdırılmasında əsas vasitələrdən olan ərazilərin müasir vəziyyətə uyğun yeni ortofoto xəritələrin yaradılması layihəsinin icrası Dövlət Aerogeodeziya Müəssisəsinə və Azərkosmos ASC-yə həvalə edilmişdir. Bu layihə çərçivəsində ölkənin 69431 kv km ərazisinin təyyarə və peyklərdən çəkilən təsvirləri əsasında yeni ortofoto xəritələri hazırlanmışdır. Hal hazırda Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən EKTİS-in icrasına texniki yardım layihəsi çərçivəsində cəlb edilmiş beynəlxalq və yerli ekspertlər tərəfindən orotofotoların keyfiyyətinin yoxlanılması işləri həyata keçirilir. Keyfiyyəti yoxlanılmış və istismara hazırlanmış ortofoto xəritələr müvafiq məqsədlər üçün Nazirliyinin aparatında və bir sıra rayon (şəhər) kənd təsərrüfatı idarələrində xidməti istifadəyə verilmişdir.

Eyni zamanda “Azersky” peykinin təsvirləri əsasında “məsafədən ayırdetmə - remote sensing” texnologiyalarından istifadə etməklə bitki örtüyü (xüsusi ilə buğda və arpa), bitki sağlamlığı, məhsuldarlığın hesablanması, torpağın münbitlik vəziyyəti, şorlaşma, eroziyaya uğrama və s. məsələlərin həlli istiqamətində Azərkosmos ASC və digər beynəlxalq şirkətlərlə müvafiq işlər aparılmış və 2016-cı ildə şimal zonasında seçilmiş 420 kv km pilot ərazidə Azərkosmos ASC ilə birlikdı testlər həyata keçirilmişdir. Əldə edilmiş nəticələrə uyğun olaraq cari ildə bu istiqamətdə işlər davam etdirələcəkdir.

Aparat rəhbəri həmçinin diqqətə çatdırıb ki, Aqrar sahənin müasir tələblərə uyğun şəkildə idarə edilməsində mükəmməl vasitə hesab olunan coğrafi informasiya sistemləri texnologiyalarının ölkənin kənd təsərrüfatında tətbiqi EKTİS layihəsinin “Coğrafi məlumatlar bazasının (məkan məlumatları) yaradılması komponenti” çərçivəsində mərhələlərlə icra edilmişdir. Bu məqsədlə kənd təsərrüfatının inkişafı və strateji hədəfləri nəzərə alınmaqla vahid coğrafi məlumatlar bazasının strukturu hazırlanmış, EKTİS əsasını təşkil edən kənd təsərrüfatı təyinatlı torpaqların uçotunun aparılması, məkanla bağlı kənd təsərrüfatı resurslarının və inkişaf potensialının qiymətləndirilməsini, Subsidiya və Siyasətə dair İnformasiya sisteminin (SSİS) tətbiq edilməsi, habelə subsidiya siyasətinə cəlb edilən torpaq parsellərinin faktiki istifadə vəziyyətinə, əkin növünə və mədəni bitki örtüyünə görə identifikasiyasını təmin etmək üçün torpaq sahələrinin və aqrar sektorun rəqəmsallaşdırılmış coğrafi məlumatlar bazasının (CMB) yaradılması işləri həyata keçirilmişdir. Bildirilib ki, təkcə Xaçmaz rayonunda subsidiya alan 13057 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısının 24313 ədəd torpaq parseli xəritələşdirilərək coğrafi məlumatlar bazasına daxil olunmuşdur.  

Bu layihə çərçivəsində inzibati ərazi vahidlərinin sərhədləri, kənd təsərrüfatı torpaqların təyinatına (kateqoriya) və məqsədli istifadə növünə görə bölgüsü, otlaqlar, meşələr, sututarlar, yaşayış məntəqələri, xüsusi qorunan ərazilər, həmçinin şoranlaşmış və minalardan təmizlənmiş ərazilər, yollar və s. məlumatlar işlənmiş, ölkənin 6,6 milyon hektar ərazi (Naxçıvan MR və işğal altında olan torpaqlar istisna olmaqla bütün ərazi) üzrə kənd təsərrüfatı torpaqları, torpaq-iqlim şəraiti, bitki örtüyü və kənd təsərrüfatı resurslarının müvafiq sahələri üzrə vahid coğrafi məlumatlar bazası yaradılmış, 4,87 milyon hektar kənd təsərrüfatlı təyinatlı torpaqlar, o cümlədən 1,59 milyon hektar əkin, 104 min hektar çoxillik bağlar, 1,6 milyon hektar otlaq və digər kənd təsərrüfatı sahələrinə dair qrafiki məlumatlar Avropa ittifaqında müəyyən edilmiş standartlara uyğun keyfiyyətdə hazırlanaraq xəritə əsaslı coğrafi informasiya sisteminə daxil edilmişdir.

Hazırda yaradılmış CMB əsasında Nazirliyin tabeçiliyində olan elmi-tədqiqat, təcrübə, sınaq toxumçuluq, tingçilik müəssisələri və digər bu kimi torpaqlar, təyinatı dəyişdirilən sahələr, iri fermer təsərrüfatlarının torpaqları, kənd təsərrüfatı əkinləri, xüsusi ilə də müvafiq rayonlar üzrə pambıq və fındıq əkilən torpaq sahələri haqqında mətni və qrafiki məlumatlar sistemə işlənir.

Sonda layihə geniş müzakirə olunmuş, nazir Heydər Əsədov layihənin icrasının sürətləndirilməsi və qarşıya çıxan problemlərin həlli ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.