AZƏRBAYCAN DÖVLƏT  AQRAR UNİVERSİTETİNDƏ NÖVBƏTİ MƏZUN YARMARKASI KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

AZƏRBAYCAN DÖVLƏT  AQRAR UNİVERSİTETİNDƏ NÖVBƏTİ MƏZUN YARMARKASI KEÇİRİLİB
AZƏRBAYCAN DÖVLƏT  AQRAR UNİVERSİTETİNDƏ NÖVBƏTİ MƏZUN YARMARKASI KEÇİRİLİBAzərbaycan Dövlət  Aqrar Universite- tində Məzun 2017” yarmarkası keçirilib. Artıq  9-cu dəfə keçirilən məzun yarmarka-sında respublikanın 35 şəhər və rayonundan ümumilikdə 129 müəssisə və şirkət iştirak edib və məzunlara 910 vakant iş yeri təklif olunub.   

Bu il universitetdən bakalavriat pilləsi üzrə əyani təhsil formasında  880, qiyabi isə 269 nəfər tələbənin məzun olacağı gözlənilir. Aqranomluq fakültəsindən 50, Aqrotexnologiya fakültəsindən 143, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsindən 118, Mühəndislik fakültəsindən  230, Aqrar iqtisadiyyat fakültəsindən 174, Aqrobiznes və idarəetmə fakültəsindən 165 məzun vakant yerləri tutmaq üçün yarmarkada iştirak edib. Bununla yanaşı qiyabi təhsil formasını bitirən, eləcə də əvvəlki illərdə məzun olanlar da yarmarkada iştirak edib.

Məzun yarmarkasında Kənd Təsərrüfatı nazirliyinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov, ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, təhsil üzrə ekspert Əjdər Ağayev, şirkət və fermer təsərrüfatlarının rəhbərləri, məzun və tələbələr çıxış edib, aqrar sahəyə dövlət qayğısından, bu möhtəşəm tədbirin əhəmiyyətindən, təhsil müəssisəsində yaradılan şəraitdən danışıblar.

Yarmarkada iştirak edənlər, eyni zamanda, universitetdə yaradılan maddi-texniki baza, o cümlədən yeni tələbə yataqxanası, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris təcrübə təsərrüfatı, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, müasir istixana kompleksi və digər obyektlərlə tanış olublar.