ÇİN XALQ RESPUBLİKASININ MÜTƏXƏSSİLƏRİ KÜMÇÜLƏRLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

ÇİN XALQ RESPUBLİKASININ MÜTƏXƏSSİLƏRİ KÜMÇÜLƏRLƏ GÖRÜŞÜB
ÇİN XALQ RESPUBLİKASININ MÜTƏXƏSSİLƏRİ KÜMÇÜLƏRLƏ GÖRÜŞÜB
Azərbaycanda ipəkçiliyin bərpası və sürətli inkişafı ilə bağlı  ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla respublikamızda ipəkçiliyin müasir infrastruk- turunun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Qeyd olunan tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” şirkətindən 6000 qutu yüksək keyfiyyətli barama toxumları tədarük edilmiş, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş, barama toxumlarından 99-100 faiz səviyyəsində çıxış alınaraq, yüksək keyfiyyətli barama qurdları əldə edilmiş və bölgü əsasında 01-03 may 2017-ci il tarixlərində Ağcabədi, Ağdam, Bərdə, Yevlax, Zərdab, Ağdaş, Göyçay, Ağsu, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Kürdəmir, Ucar, Goranboy, Füzuli, Tərtər rayonlarının, 05-07 may 2017-ci il tarixlərində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şəmkir, Ağstafa, Tovuz, Qazax, Cəlilabad və Masallı rayonlarının kümçülərinə əvəzi ödənilmədən paylanılmışdır.

2017-ci il üçün nəzərdə tutulmuş həcmdə barama istehsalını təmin etmək üçün ümumilikdə respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin edilmiş, “Şəki İpək” ASC ilə kümçülər arasında yaş barama məhsulunun tədarükü barədə müvafiq ÇİN XALQ RESPUBLİKASININ MÜTƏXƏSSİLƏRİ KÜMÇÜLƏRLƏ GÖRÜŞÜB
ÇİN XALQ RESPUBLİKASININ MÜTƏXƏSSİLƏRİ KÜMÇÜLƏRLƏ GÖRÜŞÜBmüqavilələr bağlanılmış, barama qurdlarının paylanılması zamanı baramaçılara ipəkqurdunun bəslənməsinə dair tövsiyə xarakterli bukletlər, metodiki vəsaitlər, yaddaş vərəqələri  və digər maarifləndirici materiallar paylanılmışdır. Hazırda bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesinə başlanılmışdır.

 Müqavi- lənin şərtlərinə uyğun olaraq Çin Xalq Respubli- kasının “Shandong Guangtong Silkworm Eggs Co” şirkətinin əməkdaşı ölkəmizə dəvət olunmuş və Nazirliyin mütəxəssisləri ilə birlikdə bölgələrdə ipəkqurdlarının bəslənilməsi prosesinin gedişi ilə yerində tanış olmaq, barama qurdlarının becərilməsində qarşıya çıxan çətinliklərin həll edilməsində kümçülərə metodiki və əməli köməklik göstərilməsini təmin etmək məqsədi ilə 12-21 may tarixlərində Ağcabədi, Ağdam, Füzuli, Tərtər, Bərdə, Yevlax, Goranboy, Zərdab, Ucar, Ağdaş, Göyçay, Ağsu, Kürdəmir, Hacıqabul,  Sabirabad, Saatlı, İmişli, Cəlilabad, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şəmkir, Ağstafa, Tovuz və Qazax rayonlarda səfərdədilər.

Qeyd edilən rayonlarda yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə tut ipəkqurdu paylanılmış kümçülərlə görüşlər keçirilmiş, ipəkqurdunun saxlanılma və yemlənmə şəraiti ilə tanış olunmuşdur. Həmçinin kümçülərə ipəkqurdunun bəslənilməsi, zərərverici və xəstəliklərə qarşı qarşı mübarizə tədbirləri, yemləmə qaydaları, saxlanma şəraiti və s. ilə bağlı məsləhət və tövsiyələr verilmişdir.