“TƏBİƏTİN MÜHAFİZƏ OLUNMASINDA, AQRAR SAHƏNİN İNKİŞAFINDA AKADEMİK HƏSƏN ƏLİYEV GƏNC ALİMLƏRƏ ÖRNƏKDİR”MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

“TƏBİƏTİN MÜHAFİZƏ OLUNMASINDA, AQRAR SAHƏNİN İNKİŞAFINDA AKADEMİK HƏSƏN ƏLİYEV GƏNC ALİMLƏRƏ ÖRNƏKDİR”MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

“TƏBİƏTİN MÜHAFİZƏ OLUNMASINDA, AQRAR SAHƏNİN İNKİŞAFINDA AKADEMİK HƏSƏN ƏLİYEV GƏNC ALİMLƏRƏ ÖRNƏKDİR”MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB
May ayının 31-i Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Təbiətin mühafizə olunmasında, aqrar sahənin inkişafında akademik Həsən Əliyev gənc alimlərə örnəkdir” mövzusunda  konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev konfrans iştirakçılarını salamlayaraq görkəmli alim akademik Həsən Əliyevin keçdiyi mənalı ömür yolu və hər kəsə örnək ola bilən fəaliyyəti haqqında məlumat verib. O, bildirib ki, akademik Həsən Əliyev o alimlərdəndir ki, eyni zamanda həm təbiətin mühafizə olunmasında, həm də aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib.

Çıxışlarda bildirilib ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə 2015-2016-cı illər ərzində Aqrar sahəyə “TƏBİƏTİN MÜHAFİZƏ OLUNMASINDA, AQRAR SAHƏNİN İNKİŞAFINDA AKADEMİK HƏSƏN ƏLİYEV GƏNC ALİMLƏRƏ ÖRNƏKDİR”MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB
“TƏBİƏTİN MÜHAFİZƏ OLUNMASINDA, AQRAR SAHƏNİN İNKİŞAFINDA AKADEMİK HƏSƏN ƏLİYEV GƏNC ALİMLƏRƏ ÖRNƏKDİR”MÖVZUSUNDA KONFRANS KEÇİRİLİBmarağın artırılması ilə əlaqədar  Astara, Qazax, Göyçay, Biləsuvar, Quba, Yasamal və Sabunçu rayonlarında  42 tam orta məktəbdə ümumilikdə 7000-ə yaxın şagirdlə “Təbiətin mühafizə olunmasında, aqrar sahənin inkişafında akademik Həsən Əliyev gənc alimlərə  örnəkdir”, “Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması”, “Şagirdlərin düşüncəsində aqrar sahənin inkişaf yolları” və  “Mən aqrar sahənin mütəxəssisi olsam gələcəkdə bu sahənin inkişafı üçün nə edərdim” mövzularında görüşlər keçirilib. Keçirilən görüşlər zamanı şagirdlərə nəzərdə tutulan mövzularla və son zamanlar aqrar sahənin inkişafı ilə bağlı ətraflı məlumat verilib, Azərbaycan Dövlət Aqrar Universitetinin və elmi-tədqiqat institutlarına aid olan video çarxlar nümayiş olunub, qeyd olunan mövzular üzrə 300-ə qədər inşa yazı və şagirdlər tərəfindən aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı təkliflər Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə təqdim olunub. Təqdim olunmuş inşa yazılar aqrar sahənin alim və mütəxəssisləri tərəfindən qiymətləndirilərək fərqlənən 10 inşa yazının  qalibləri müəyyənləşdirilib. Qalib şagirdlər  və fəaliyyətinə görə fərqlənən Gənc Alim və Mütəxəssislər Şurasının 15 üzvü Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən fəxri fərmanla təltif olunub.

Tədbirdə çıxış edən digər natiqlər, o cümlədən orta məktəb şagirdləri aqrar sahəyə marağın artırılması baxımından orta məktəblərdə keçirilən görüşlərin əhəmiyyətini vurğulamış, belə tədbirlərin davamlı olaraq keçirilməsini məqsədəuyğun olduğunu bildiriblər.