KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ QAX-ŞƏKİ ZONASINA MEDİA TUR TƏŞKİL EDİR  

Böyütmək | Kiçiltmək |

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ QAX-ŞƏKİ ZONASINA MEDİA TUR TƏŞKİL EDİR  İyunun 6-da Kənd Təsərrüfatı Nazirliyi media nümayəndələrini ölkəmizdə baramaçılıq sahəsində görülən işlərlə tanışlıq məqsədilə media nümayəndələrinin Qax-Şəki zonasına səfərini təşkil edəcək.

Səfər zamanı jurnalistlər Qax Damazlıq İpəkçilik Stansiyasında olacaq, kümçülərlə - baramaçılarla görüşəcək, yeni salınmış tut bağlarına baxış keçirəcəklər.

Media-tur iştirakçıları Şəki-İpək ASC-nin fəaliyyəti ilə tanış olmaq, eləcə də kümçülərdən hazır barama məhsulu qəbulu prosesini izləmək imkanı da qazanacaqlar.

Qeyd edək ki, bu il Kənd Təsərrüfatı Nazirliyi Çin Xalq Respublikasından 6000 qutu yüksək keyfiyyətli barama toxumu tədarük edərək, əvəzsiz olaraq kümçülərə paylayıb. Hazırda barama məhsulunun kümçülərdən qəbulu davam edir və bugünkü tarixədək 75 tondan artıq barama tədarük edilib.