ÖLKƏMİZDƏ BARAMAÇILIQ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLMAQ MƏQSƏDİ İLƏ İYUNUN 6-DA QAX VƏ ŞƏKİ RAYONLARINA MEDİA-TUR TƏŞKIL OLUNUB

Böyütmək | Kiçiltmək |

ÖLKƏMİZDƏ BARAMAÇILIQ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLMAQ MƏQSƏDİ İLƏ İYUNUN 6-DA QAX VƏ ŞƏKİ RAYONLARINA MEDİA-TUR TƏŞKIL OLUNUBÖLKƏMİZDƏ BARAMAÇILIQ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLMAQ MƏQSƏDİ İLƏ İYUNUN 6-DA QAX VƏ ŞƏKİ RAYONLARINA MEDİA-TUR TƏŞKIL OLUNUB
Prezident İlham Əliyev tərəfindən ölkənin aqrar sektorunun inkişafına göstərilən dəstək və qayğı kənd təsərrüfatının bütün sahələrində, eləcə də kənd əməkçilərinin sosial həyatında öz müsbət töhfələrini verməkdədir. Dövlətimizin başçısının ipəkçiliyin sürətli inkişafı ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipək istehsalının müasir infrastruk- turunun yaradılması, baramaçılığın yem bazasının möhkəmlən- dirilməsi, barama toxumçulu- ğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi media nümayəndələrini ölkəmizdə baramaçılıq sahəsində görülən işlərlə tanış etmək məqsədi ilə iyunun 6-da Qax və Şəki rayonlarına media-tur təşkil edib.

Jurnalistlər əvvəlcə Qax Damazlıq İpəkçilik Stansiyasında olublar. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin ölkədə barama istehsalının əvvəlki illə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib və apreldə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Barama toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli ipəkqurdları əldə edilib və bəslənilmək üçün respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə əvəzi ödənilmədən paylanılıb.

ÖLKƏMİZDƏ BARAMAÇILIQ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLMAQ MƏQSƏDİ İLƏ İYUNUN 6-DA QAX VƏ ŞƏKİ RAYONLARINA MEDİA-TUR TƏŞKIL OLUNUBÖLKƏMİZDƏ BARAMAÇILIQ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLMAQ MƏQSƏDİ İLƏ İYUNUN 6-DA QAX VƏ ŞƏKİ RAYONLARINA MEDİA-TUR TƏŞKIL OLUNUB
İpəkqurdlarının bəslənilməsində kümçülərə metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çin Xalq Respublikasından dəvət olunmuş mütəxəssislərlə birlikdə baramaçılıq rayonlarına ezam edilib, kümçülərə müvafiq tövsiyələr verilib, onlara qarşılaşdıqları çətinliklərin həll olunmasında əməli və metodiki köməklik göstərilib.

Qaxda təşkil edilən media-tur zamanı jurnalistlərə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, bu il Azərbaycanda 130 tona yaxın barama istehsal edilməsi qarşıya hədəf olaraq qoyulub. Aparılan müşahidə və təhlillər göstərir ki, cari mövsümdə nəzərdə tutulduğundan 2-2,5 dəfə çox, yəni 250-300 ton barama istehsalı gözlənilir. Yerlərdən alınan son məlumata görə, bu günədək istehsalçılardan 80 tondan artıq yaş barama məhsulu qəbul edilib. Halbuki ötən il ölkə üzrə ümumi barama istehsalı 71 ton olub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri həmçinin bildirib ki, bu ildən Abşeron rayonunda da baramaçılığın inkişafı ilə əlaqədar tədbirlər həyata keçiriləcək. Bu, tamamilə yeni layihədir. Artıq Abşeron rayonunun kəndlərində də sakinlər baramaçılıqla məşğul olaraq öz təsərrüfatlarını genişləndirə, ailə büdcələrini artıra biləcəklər.

Sonra media-tur iştirakçıları stansiyada ipəkqurdlarının yemlənməsi, həmçinin istehsalçılardan yaş barama məhsulunun qəbul edilməsi prosesləri ilə əyani şəkildə tanış olublar.

ÖLKƏMİZDƏ BARAMAÇILIQ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLMAQ MƏQSƏDİ İLƏ İYUNUN 6-DA QAX VƏ ŞƏKİ RAYONLARINA MEDİA-TUR TƏŞKIL OLUNUB
ÖLKƏMİZDƏ BARAMAÇILIQ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLMAQ MƏQSƏDİ İLƏ İYUNUN 6-DA QAX VƏ ŞƏKİ RAYONLARINA MEDİA-TUR TƏŞKIL OLUNUBÖLKƏMİZDƏ BARAMAÇILIQ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLMAQ MƏQSƏDİ İLƏ İYUNUN 6-DA QAX VƏ ŞƏKİ RAYONLARINA MEDİA-TUR TƏŞKIL OLUNUBBildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” mayın 19-da imzaladığı Sərəncam respublikamızda ipəkçiliyin müasir infrastruk- turunun yaradılması, barama toxumçulu- ğunun təşkili istiqamətində atılan növbəti mühüm addımdır. Həmin Sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb.

Jurnalistlərə stansiyada aparılacaq yenidənqurma işləri barədə də məlumat verilib.

Sonra media-tur iştirakçıları stansiyanın yaxınlığında yeni salınmış tut (çəkil) bağlarına baxıblar. Bildirilib ki, ipəkçiliyin gələcək inkişafı üçün baramaçılığın yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyəti nəzərə alınaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən il Çin Xalq Respublikasından 1,5 milyon ədəd calaq olunmuş tut tingi tədarük edilib və bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılıb. Bu rayonların ərazilərində 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin olunub. Yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100 faiz səviyyəsində çıxış alınıb və hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir.

Media nümayəndələri daha sonra rayonun Böyük Alatəmir kəndində kümçü ailəsində olub, ipəkqurdlarının bəslənilməsi prosesini izləyiblər.

Jurnalistlər səfərin sonunda “Şəki-İpək” ASC-nin fəaliyyəti ilə tanış olublar.