TƏRTƏR RAYONUNDA TAXILÇILIĞA HƏSR EDİLMİŞ ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLƏCƏKDİR

Böyütmək | Kiçiltmək

 

İyun 9-da Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Tərtər Bölgə Təcrübə Stansiyası tərəfindən “Taxılçılıqda yeni sortlar və mütərəqqi becərmə texnologiyaları. Resursqoruyucu becərmə texnologiyalarının üstünlüklərinin suvarma şəraitində nümayişi” mövzusunda Tərtər rayonunda  elmi-praktiki seminar keçiriləcəkdir. Seminarda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları, Tərtər və eləcə də ətraf rayonlardan gəlmiş 100-dən artıq taxılçılıq fəaliyyəti ilə məşğul olan fermerlərin iştirak etməsi gözlənilir.

Seminarda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin İnformasiya-məsləhət xidməti və aqrar sektora texniki dəstək şöbəsinin müdiri Leyli Ağayeva, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai, Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova, davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin müdiri Məzahir Rzayev və torpaq və bitki analizləri laboratoriyasının müdiri İmrəli Hacıməmmədov çıxış edəcək.

Seminarın gedişində fermerlərə Əkinçilik İnstitutunun yeni taxıl sortlarının, mütərəqqi resursqoruyucu becərilmə texnolgiyalarının iqtisadi səmərəlilik baxımdan üstünlükləri nümayiş etdiriləcək və eləcə də taxıl əkinlərinin vaxtında biçilməsi, tədarük olunması barədə mütəxəssislər tərəfindən əhəmiyyətli praktiki bilgilər veriləcəkdir.

Seminar öz işini sahə nümayişi ilə davam etdirəcəkdir.