QOBUSTAN BÖLGƏ TƏCRÜBƏ STANSİYASINDA TAXILÇILIĞA HƏSR EDİLMİŞ  ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

QOBUSTAN BÖLGƏ TƏCRÜBƏ STANSİYASINDA TAXILÇILIĞA HƏSR EDİLMİŞ  ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİBKənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə cari ilin 14 iyul tarixində institutun Qobustan rayonunda yerləşən Qobustan Bölgə Təcrübə Stansiyasında “Yeni taxıl sortlarının üstünlüklərinin dəmyə şəraitində nümayişi və  toxumçuluğun elmi əsaslarla təşkili”  mövzusunda elmi-praktiki seminar keçirilib.

Seminarı giriş sözü ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev açaraq aqrar sahənin elmi təminatının respublikanın kənd təsərrüfatının qarşısında qoyulan hazırkı tələblər baxımından daha da təkmilləşdirilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri, onların nəticələrinin tətbiqi və elmlə istehsal arasında səmərəli, çevik əlaqələrin yaradılmasının əhəmiyyəti və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına QOBUSTAN BÖLGƏ TƏCRÜBƏ STANSİYASINDA TAXILÇILIĞA HƏSR EDİLMİŞ  ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİBdair Strateji Yol Xəritəsi”ndə aqrar sahənin inkişaf istiqamətləri ilə bağlı qarşıya qoyulan vəzifələr barədə ətraflı məlumat verib.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov ölkəmizdə son dövrlərdə aqrar sahədə görülən işlər, aparılan islahatlar, ölkə başçısının bu sahəyə olan diqqət və qayğısından ətraflı danışıb.

Daha sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru  Cavanşir Təlainin “Dəmyə şəraiti üçün yaradılmış yeni taxıl sortları, toxumçuluğun təşkili və məhsuldarlığı şərtləndirən amillər”, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru  Atabəy Cahangirovun “Milli və beynəlxalq seleksiya proqramları çərçivəsində Qobustan BTS-də taxılçılıq sahəsində aparılan tədqiqat işlərinin yekunları” haqqında çıxışları oldu. Stansiyanın elmi əməkdaşları Baba Əhmədov, Həmid Həmidov, Abbas Zərbəliyev isə stansiyada qoyulan təcrübə sahələri haqqında tarla şəraitində ətraflı məlumatlar veriblər. 

Məruzələrdən sonra seminar iştirakçılarının sualları müvafiq qaydada cavablandırılıb və onlara taxıl zəmilərinin vaxtında itkisiz  biçilməsi, tədarükü və dərmanlanması barədə praktiki bilgilər verilib.