Nut - taxıl bitkiləri üçün qiymətli sələfdir

Böyütmək | Kiçiltmək Taxıl bitkilərinin becərilməsi ilə məşğul olan hər bir kəs əkin dövriyyəsində taxıl bitkilərinin çox olması problemi ilə üzləşir. Bu problem quraq iqlim şəraitində xüsusilə kəskinləşir. Nəticədə taxıl bitkiləri çox vaxt sələflərinin kövşənliklərinə səpilir ki, bu da xəstəliklər, ziyanvericilər, alaqlar problemlərini üzə çıxarır.
Nut - taxıl bitkiləri üçün qiymətli sələfdir
Uzun illər herik bütün bu bəlalardan qurtuluş yolu hesab edilirdi. Çünki herik şumu bitkiyə zərərli təsirləri heçə endirir. Lakin son vaxtlar əkin yerlərinin kiçik sahələrdən ibarət olması bu işin görülməsini çətinləşdirir.

Quraqlıq şəraitində heriyi əvəz edə bilən bitki lazımdır. O, eyni zamanda nəinki buğda altına yaxşı sələf olmalı, həmçinin davamlı gəlir verməlidir.
Quraqlıq şəraitlərində belə bitkilərdən biri az yayılmış nutdur. Nut (noxud) birillik paxlalı dən bitkisidir. Onun dəninin kələ-kötür forması və uzanmış buruncuğu qoç başını xatırladır, ona görə də nutu çox vaxt “qoç noxudu” adlandırırlar.

Nut bütün dənli paxlalı bitkilər arasında yüksək qidalılığı, tərkibində böyük miqdarda vitaminlər və digər bioloji qiymətli maddələr olması ilə fərqlənir. Bu, nut dəninə yüksək tələbatı şərtləndirir. O həm ərzaq, həm də heyvanlara yem məqsədlərindən ötrü istifadə olunur.
Nut - taxıl bitkiləri üçün qiymətli sələfdir
Nutun latınca adı Cicerdir. Belə fərz edirlər ki, bu ad yunanca “kikus” sözündən götürülmüşdür., mənası “qüvvə”, yaxud “güc” deməkdir. Öz adını doğruldan nut yalnız onu yeyəni yox, həm də onu becərəni daha güclü edir. Onun əkin dövriyyəsinə daxil edilməsi də xeyirli və bir sıra müsbət təsirlərə malikdir.

Bu bitkinin ən yaxşı cəhətlərindən biri odur ki, quraqlığa davamlı bitkidir. Güclü kök sisteminin olması və rütubəti qənaətlə sərf etməsi sayəsində, nut yay dövründə quraqlıqdan əziyyət çəkən regionlarda becərmədən ötrü uyğunlaşmışdır. Bu çox isti və quraq şəraitlərdə davamlı məhsul verən yeganə paxlalı bitkidir.

Nutun səpin dövriyyəsinə (növbəli əkinə) daxil edilməsi torpağı azotla zənginləşdirməyə imkan verir. O, bütün taxıl bitkiləri üçün çox yaxşı sələfdir. Nutun altına azot gübrələri verməyə ehtiyac yoxdur, çünki onun köklərində əmələ gələn şişlər azotu havadan mənimsəyir və nəinki nutun azota olan ehtiyacını ödəyir, həmçinin onların əkildiyi hər hektar sahəni 50 kq-a qədər azotla zənginləşdirir. İstilik və quraqlığıa davamlılığı ilə yanaşı, nut yüksək şaxtaya davamlılığı ilə də seçilir. Cücərtiləri 6-80C şaxtalara dözürlər ki, bu da səpinin ən erkən müddətlərdə aparılmasına və cücərtilər əldə olunmasından ötrü torpaq rütubətindən maksimum səmərəli istifadə etməyə imkan verir.
Nut - taxıl bitkiləri üçün qiymətli sələfdir
Nut taxıl bitkilərinin xəstəliklərinə və ziyanvericilərinə davamlıdır.
Bundan başqa, belə növbəli əkinlərdə adətən taxıl alaqları problemdir. Nut enliyarpaqlı bitki olduğundan, onun növbəli əkinə daxil edilməsi birillik və çoxillik taxıl alaqları ilə daha səmərəli mübarizə aparılmasına imkan verir.

Nut əsas taxıl bitkiləri olan buğda və arpadan gec yetişir. Ona görə də taxılların və nutun yığımı üst-üstə düşmür. Bu, yığım texnikasından daha səmərəli istifadə etməyə imkan verir.
Nut dənlərinin bütün bitkidə eyni vaxtda yetişməsi onun kombaynla tam yığılmasına imkan verir. Yığımın gecikməsi də qorxulu deyil, belə ki, nut kökdə çox qalanda bitki yerə yatmır və dəni tökülmür.

Nut yığılandan sonra torpağın payızlıq bitkilər altında keyfiyyətli hazırlanmasından və rütubət toplanmasından ötrü kifayət qədər vaxt qalır. Nutdan sonra kövşənlik qalıqları az olduğundan torpağın payızlıq əkinləri altına hazırlanması çox asandır.

Bu bitkinin müsbət xüsussiyyətlərindən biri də odur ki, nutun becərilməsindən ötrü hər hansı xüsusi texnika lazım deyil və taxıl bitkiləri üçün işlədilən bütün texnikalardan istifadə olunur.
Xüsusilə cəlbedici olan odur ki, aqrotexniki xeyirlərdən əlavə, nut yüksək iqtisadi səmərəliliyə də malikdir. Yüksək aqrotexnika şəraitində nutun əkin sahəsinin hər hektarından 20 sentner məhsul əldə etmək mümkündür. Belə məhsuldarlıq soyanın məhsuldarlığı ilə müqayisə edilə bilər, lakin quraq iqlimdə soyadan belə məhsuldarlıq əldə etmək çox çətindir. Onu da qeyd etmək lazımdır ki, nutun qiyməti soyaya nisbətən daha yüksəkdir, həm də ona tələbatı böyükdür.

Nutun bütün bu keyfiyyətləri herik şumunu onunla əvəz etməyə, kəskin quraqlıq şəraitlərində növbəli əkində taxılın məhsuldarlığını artırmağa, torpaqdan maksimum səmərəli istifadə etməyə imkan verir. Bundan başqa, nutdan sonra payızlıq buğdanın məhsuldarlığı daha da artır.