Qoyunçuluq

Böyütmək | Kiçiltmək

Azərbaycanda qoyunçuluğun inkişafı qədim tarixə malikdir. Qoyunçuluq gəlirli sahə olduğuna görə və az zəhmət tələb etdiyinə görə ölkəmizin bütün bölgələrində yetişdirilir.
Qoyun əti yüksək kaloriyə malik olduğuna görə əhali arasında qoyun əti çox həvəslə yeyilir. Onun piyindən və südündən ərzaq məhsulu kimi istifadə olunur. Qoyunlardan gön-dəri, xəz, kürk və s. məhsullarda əldə edilir. Beləliklə, istehsal olunan məhsulun növ müxtəlifliyinə görə kənd təsərrüfatı heyvanları içərisində qoyunlar birinci yer tutur.

Qoyunçuluq məhsulları içərisində yun xüsusi əhəmiyyət kəsb edir. Yunun yüksək fiziki-mexaniki və texnoloji xassələri ilə əlaqədar olaraq ondan çox qiymətli parçalar, gəbə və xalça məmulatları, trikotaj malları, keçə, xurcun, farmaş və gigiyeniki cəhətcə dəyərli yorğan-döşək hazırlanır.
Qoyun südü başqa kənd təsərrüfat heyvanlarından alınan südə nisbətən tərkibi qidalı maddələrlə daha zəngindir. Qoyun südündən yüksək qidalıq dəyərinə malik olan pendirlər hazırlanır.
Qoyunların bioloji xüsusiyyətlərindən biri də onların tez yetişkən olmalarıdır. Onlar artıq 5-6 aylıq yaşda cinsi həvəsə meyl etməklə, artıb-çoxalmağa qabil olurlar. Lakin bu yaşda onları ilk cütləşməyə buraxmaq olmaz. Qoyunların ilk cütləşməyə yararlı yaş həddi 12-15 aylıq yaş dövrüdür.
Qoyun cinsləri zooloji və istehsalat prinsipi üzrə təsnifata ayrılırlar.
I. Zooloji təsnifatı-bu təsnifata qoyun cinsləri quyruqlarının forma və uzunluğuna ayrılaraq 5-qrupa bölünürlər:
1. Qısa cılız quyruq qoyunlar-bunların quyruğu qısa olub, şimal qısa quyruq və digər qoyunlar daxildir.
2. Uzun cılız quyruqlar-bunların quyruğu çapma oynağından aşağı çatmaqla, quyruqda piy toplanır. Bu qrupa bütün zərif yunlu və yarımzərif yunlu yunlu qoyuncinsləri aiddir.
3. Qısa yağlı quyruq - bu qoyunları çapma oynağına çatmır. Quyruqda piy balınc formada quyruq kökündə toplanır.
4. Uzun yağlı quyruq- bu qrupa daxil olan cinslərin quyruğu çapma oynağına çatır və çox zaman ondan da aşağı uzunluqda olur. Quyruqda piy toplanır.
5. Quyruqlu qoyunlar-quyruq kökündə çox piy toplanır. Quyruğu çox qısa, inkişafsız olur.
II. Qoyunların təsərrüfat-istehsalat təsnifatı - bu təsnifat M.F.İvanov tərəfindən irəli sürülmüşdür. Bu təsnifata əsasən qoyunlar onlardan alınan məhsullarla və məhsulların xarakterinə görə 8-qrupa ayrılırlar:
1. Zərif yunlu cinslər-bu qoyunlardan eyni tipli zərif yun alınır. Buna bütün zərif yunlu cinslər daxildir.
2. Yarımzərif yunlu cinslər-yunu yarımzərif eyni tiplidir.
3. Yarımqaba yunlu cinslər-müxtəlif tipli yarımqaba yun alınır.
4. Kürklük cinslər-kürk almaq üçün saxlanılır.
5. Xəzlik cinslər-müxtəlif formaya malik qıvrımlı və rəngli xəz alınır.
6. Ətlik -piylik cinslər-bunlardan əsasən ət və piy alınır. Yunu o qədər də əhəmiyyət kəsb etmir.
7. Ətlik yunluq- südlük-qaba yunlu cinslərdir, bunlardan ət, yun və süd almaq üçün yetişdirilir.
8. Ətlik-yunluq cinslər-qaba yunlu cinslərdir.
1. Zərif yunlu cinslər-alınan məhsulun xarakterinə görə bunlar üç qrupa: yunluq, yunluq-ətlik və ətlik-yunluq qrupuna bölünürlər.
I. Yunluq qrupuna sovet merinosu, stavropol, Azərbaycan dağ merinosu və s. qoyun cinsləri aid edirlər. Bu qrupa 1kq diri çəkiyə 50-60 qram təmiz yun düşür.
Azərbaycan dağ merinosu-Azərbaycan respublikasınınGədəbəy və Şəmkir rayonlarının təsərrüfatlarında professor F.A.Məlikov, M.Q.Sadıqov və başqalarının iştirakı ilə 1947 ildə yaradılmışdır. Bunun üçün bura köçüb gəlmiş insanların gətirdikləri yerli, az məhsuldar zərif yunlu merinoslar askaniya cinsi ilə çarpazlaşdırılmış və uzun illər seçmə-taylaşdırılma aparılmaqla dağ şəraitinə yaxşı uyğunlaşam bu cis yaradılmışdır. Ana qoyunlardan 4-5 kq, qoçlardan 8-10 kq çox zərif merinos yunu alınır.
II. Yunluq-ətlik zərif yunlu cinslər-bura askaniya, qafqaz, altay və s. cinslər aiddirlər. Bu qrup qoyunlarda hər 1kq diri çəkiyə 40-50 qram təmiz yun lifi düşür.
Qafqaz cinsi- stavropol ölkəsində 1936-ildə yerli yeniqafqaz qoyunları amerika rambulyesi və askaniya cinsi ilə çarpazlaşdırılma nəticəsində yaradılmışdır. Ana qoyundan 5-6, qoçdan 7-8 kq yun alınır. Hər 100 baş doğar qoyundan 130-140 quzu alınır. Respublikamızda da yetişdirilir.
III. Ətlik-yunluq zərif yunlu cinslər - bu qrupa prekos, kazax, gürcüstan yağlı quyruq və Vyatsk cinsləri daxildir. Bu cinslərdə hər 1kq diri çəkiyə 30-30 qram təmiz yun lifi düşür.
Prekos cinsi- prekos sözü fransa sözü olub, tezyetişən deməkdir. Bu cins XIX-əsrin sonunda Fransada rambulye qoyunlarını ingilis uzunyunlu Leyster cinsi ilə çarpazlaşdırmadan yaradılmışdır. Cins buynuzsuz olub, dəridə qırışlar az olur. Ana qoyundan 3,5-4,0 kq , qoçdan 4,5-5,0 kq zərif yun qırxılır. Respublikamızda bu cins yayılmışdır.
Qarabağ və Qaradolaq qoyunları Azərbaycanda çox qədim zamanlardan yetişdirilir. Bu qoyunlar başqa növ heyvanlara nisbətən sutkada 18-20 km yol qət edə bilir, yerli şəraitə çox tez uyğunlaşır, isti quru havaya davamlıdır. Quyruqlarında toplanan piy hesabına yem qıtlığına dözümlüdürlər. Yem çatmadıqda quyruq piyindən istifadə etməklə, orqanizmanı aclıqdan qoruyurlar. Bir sıra xəstəliklərə davamlı olmaqla vərəm xəstəliyinə tutulmurlar. Lakin brüselyoz, qoturluq, çiçək və mastitlə tez-tez xəstələnirlər. Qoyunlar nəm və bataqlıq yerdə özlərini tez-tez yaxşı hiss etmir, arıqlayır, məhsuldarlığı aşağı düşür.
Qarabağ və Qaradolaq qoyunları çox bala verir, ekiz doğmaya tez-tez təsadüf olunur, hər 100 baş doğar qoyundan orta hesabla 120-130 baş quzu alınır.
Bu qoyunlar 12-14 il yaşayır, lakin təsərrüfatlarda onlardan 6-8 il istifadə etmək daha səmərəlidir. Çünki bu dövrdə onlar maksimum məhsul vermə qabiliyyətinə malik olurlar. Sürü şəraitində saxlandıqda daha yaxşı məhsul almaq olur.. Havanın dəyişməsinə çox həssasdırlar. Boğazlıq müddəti 5-ay çəkməklə quzu anadan 4-5 aylıq yaşda ayrılır. Cinsi həvəs onlarda ilin ikinci yarısında başlayır.
Qoyun yunu- müəyyən fiziki-mexaniki və texnoloji xassəyə malik daranma, boyanma, əyrilmə və keçələşmə qabiliyyətinə malik olub, toxuculuq sənayesində istehlak malları istehsalıüçün yarayan məməli heyvanların tük örtüyü yun adlanır. Qoyun yunu bir sıra dəyərli xüsusiyyətləri ilə başqa toxuculuq liflərindən (pambıq, kənaf, kətan, cut, kəndir və s.) ciddi şəkildə fərqlənir. Qoyun yunu yüksək elastiklik, hiqroskopiklik (nəmliyi udma və buxarlandırma qabiliyyətinə malik) və mütəhərrikliyə malikdir. Pis yanır, elektriki keçirmir, səsi çox zəif keçirir. Boyağı yaxşı götürməklə, onu uzun müddət özündə saxlayır.
Eyni naziklikdə metal və yundan hazırlanan sapdan yük asdıqda yun sap daha möhkəmdir. Istiliyi pis keçirir, islandıqda öz-özünə isinir. Keçələşməyə yalnız yun məruz qalır.Yundan yüksək keyfiyyətli mahud parçalar, keçə məmulatı, fetra şinel,valinkalar, baş geyimləri hazırlanır.
Qarabağ və Qaradolaq qoyunları qaba yunludur.
Yunun rəngi- açıq-boz, ağ və müxtəlif rəngdə yuna rast gəlinir. Ən keyfiyyətli yun ağ rəngli yundur. Belə yunu bütün rənglərə boyamaq olur.

Qoyun əti.


Qoyun ətinin tərkibi və xassələri-qoyun ətinin dəyərliliyi onun tərkibindəki əzələ və piy toxumasının nisbəti ilə əlaqədardır. Qoyun əti mal ətindən tərkibində yumşaq əzələ və zülala görə geri qalsada piyin miqdarı və kaloriliyinə görə ondan üstündür. Ətin tərkibindəki zülalın miqdarına görə qoyun əti mal ətinə yaxın, donuz ətindən isə üstündür.
Qarabağ və Qaradolaq qoyunlarının ətinin başqa növ ətdən fərqi ondan ibarətdir ki, qoyun ətinin piyinin tərkibində xolestrin, yağ turşusu az olur.
Qoyun ətinin qiymətləndirilməsi- qoyun əti kəsimdən qabaqkı çəkisinə, cəmdəyin və daxili piyin çəkisinə, kəsim çəkisinə, kəsim çıxarına, cəmdəkdə ətin sümüyə nisbəti, həmçinin əzələ və piy toxumasına, köklük dərəcəsinə, cəmdəyin morfoloji və növ tərkibinə, ətin qidalılıq dəyərinə, keyfiyyətinə və s. göstəricilərə görə qiymətləndirilir.
Ətin rəngi onun tərkibindəki mioqlobinlə xarakterizə olunur. Bu isə cinsdən, cinsiyyət, yaş, yemləmə və bəsləmə şəraitindən asılıdır. Yaşlı qoyunun ətinin rəngi tünd olur. Yemdə çatmadıqda ətin rəngi ağımsov olur.
1kq çəki artırmına qoyunlarda 6-14 kq yem vahidi sərf edilir. Bu yaş, cins, cinsiyyət, yenləmə və bəsləmə şəraitindən asılıdır. Qoyunlar nə qədər erkən yaşda (6-8 aylıqda) kökəldilməyə qoyularsa, onda 1kq diri çəki artımına az yem (6-7 kq yem vahidi) vahidi sərf etməklə, yüksək keyfiyyətli cavan qoyun əti alınar.

Qoyun südü


Qoyun südü təzə doğulan körpə quzuların yemləndirilməsi üçün əvəzolunmaz qidadır. Bununla yanaşı, insanların qidalanmasında da qoyun südünün rolu böyükdür. Qoyun südündən həmçinin uzun müddər saxlanıla bilən, qidalılıq dəyərcə qiymətli sayılan süd məhsulları hazırlanır. Qoyun südündən cox qiymətli bərk və yumşaq pendirlər hazırlanır. Bu pendirlər içərisində respublikamızda ən geniş yayılanı brınza pendiri dağ yamaclarında otarılan qoyunlardan alınan yüksəkkeyfiyyətli süddən alınır.
Qarabağ cinsi- yerli aborigen cins olub, yerli şəraitə çox yaxşı uyğunlaşmış qaba yunludur. Yununda həddən çox ölü və quru qırılanlar vardır. Qarabağ qoyunları yemə az tələbkar, iri gövdəli, yunun rəngi açıq-boz və kürən rənglidir. Ana qoyunlar 45-50kq, qoçları isə 60-80 kq diri çəkiyə çatırlar. Ət çıxarı 55-60% olmaqla mərmərvari quruluşa malikdir. Yemə az tələbkardır. Sutkada 20-25 km yol gedə bilir. Ekiz balalar çox olur. Hər 100 doğar qoyundan 130-140 baş quzu almaq olur. Ana qoyunların süd məhsuldarlığı da yüksəkdir. Laktasiya ərzində 50-60 kq süd almaq olur. Yerli şəraitə dözümlü olmaqla xəstəliyə az tutulurlar.
Qaradolaq qoyunları. Bu qoyunlar əsasən Qarabağ qoyunlarının yayıldığı ərazidə yayılmışdır. Azərbaycanın köçəri –dağ otlaq şəraitində çox yaxşı yayılmış Qaradolaq qoyunları bu ərazi üçün ən yaxşı qoyun hesab olunur. Onların iri, cəsamətli bədən quruluşu, yetkin sklet forması böyük və yaxşı eksteryer görünüşü, yağlı quyruq forması, yüksək ət çıxarı, süd məhsulu, bala vernək qabiliyyəti, uzaq dağ otlaqlarına rahat kedib-qayıtmaları geniş ərazidə yayılmasına səsəb olmuşdur. Qaradolaq mənşəli quzuların orta diri çəkisi yeni doğulanda 3,97-5,21 kq olur və onlar və normal bəslənmə şəraitində 10-12 aylıqda 39-45 kq canlı kütləyə çatırlar. Ana qoyunların orta canlı kütləsi 46,8 kq, törədici qoçların canlı kütləsi isə 73-80 kq arasında olur. Qaradolaq toğlularının cəmdəyinin çəkisi 19-20 kq, ət çıxarı isə 48-49 % olur. Bu qoyunlar sənaye çarpazlaşdırılmasında digər qoyunlara nisbətən tezyetişkən mələzlər alınır. Ona görədə bu qoyunlardan çarpazlaşmada geniş istifadə olunur. Qaradolaq qoyunlarının süd vermə qabiliyyəti laktasiya ərzində 75-80 kq arasında olur. Balavermə qabiliyyəti 108-112 % təşkil edir.