ARIÇILIQ MƏHSULLARININ SƏRGİ SATIŞ YARMARKASI KEÇİRİLƏCƏKDİR

Böyütmək | Kiçiltmək

 

        "Arıçılıq haqqında"  Azərbaycan Respublikası Qanununa uyğun olaraq  Kənd Təsərrüfatı Nazirliyi   2017-ci il oktyabrın 10-dan  noyabrın 5-dək    Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23, ünvanda (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcəkdir. Sərgi-satış yarmarkasının açılışı 10 oktyabr tarixdə, saat 12-də olacaqdır.

         Yarmarkada iştirak etmək istəyən arıçılar   öz məhsullarını sentyabrın 19 –dən 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər; 

  • Şəxsiyyət vəsiqəsi
  • Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi)
  • Rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə
  • Rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktubu 

        Bildiririk ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaqdır. Yarmarkaya hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcəkdir;

  • Lənkəran iqtisadi rayonu üzrə - 19-20 sentyabr
  • Kəlbəcər-Laçın və Yuxarı qarabağ iqtisadi rayonları üzrə - 21 sentyabr
  • Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-23 sentyabr
  • Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 24-25 sentyabr
  • Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 26 sentyabr
  • Naxçıvan iqtisadi rayonu üzrə - 27-28 sentyabr
  • Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr
  • Aran iqtisadi rayonu üzrə - 30 sentyabr 

       Eyni zamanda 2017-ci il oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcəkdir. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

        Əlaqə telefonları; 1652 (Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzi), (012) 498-94-47. 

 

           Yarmarkanın təşkili üzrə işçi qrup