AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ AKADEMİK HƏSƏN ƏLİYEVİN YUBİLEYİ İLƏ BAĞLI HAZIRLANAN KİTABIN TƏQDİMATI OLUB

Böyütmək | Kiçiltmək |

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ AKADEMİK HƏSƏN ƏLİYEVİN YUBİLEYİ İLƏ BAĞLI HAZIRLANAN KİTABIN TƏQDİMATI OLUBAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ AKADEMİK HƏSƏN ƏLİYEVİN YUBİLEYİ İLƏ BAĞLI HAZIRLANAN KİTABIN TƏQDİMATI OLUBAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ AKADEMİK HƏSƏN ƏLİYEVİN YUBİLEYİ İLƏ BAĞLI HAZIRLANAN KİTABIN TƏQDİMATI OLUBSentyabr ayının 29-u  Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycan təbiət elminin parlaq siması, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar yenicə çapdan çıxmış “Akademik HƏSƏN ƏLİYEV Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur” adlı monoqrafiyanın təqdimat mərasimi keçirirlib. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərovun müəllifliyi və Universitet Elmi Şurasının qərarı əsasında nəşr olunan kitabda Akademik Həsən Əliyevin həyat  və yaradıcılığı, 110 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlər, xatirələr öz əksinin tapıb.  

Həsən Əliyevin məzunu olduğu aqronomluq fakültəsinin tədris korpusunda keçirilən mərasimi giriş sözü ilə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov açaraq görkəmli alimin həyatı və elmi axtarışları, eləcədə Azərbaycan təbiətinin qorunması ilə bağlı fəaliyyətindən danışıb.

Tədbirdə Aqronomluq fakültəsinin Ekologiya mühəndisliyi və meşəçilik kafedrasının müdiri, professor Zakir İbrahimov, universitetin tədris şöbəsinin müdiri, kitabın redaktoru, dosent Nüsrət Hüseynov, Biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva çıxış edərək akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan  bu kitabın ərsəyə gəlməsinə görə müəllifə təşəkkürlərini bildirib, alimin keçdiyi mənalı həyat yolu və elmi yaradıcılığının gənc nəsil üçün örnək olacağını söyləyiblər. Bildirilib ki, Akademik Həsən Əliyevin yazdığı qiymətli əsərlər həmişə olduğu kimi, bu gün də universitetin professor-müəllim heyətinin və tələbələrin stolüstü kitablarına çevrilib. Bu gün universitetdə onun adını daşıyan Ekologiya və meşəçilik kafedrası, xüsusi auditoriya və 110 illik yubileyi ərəfəsində əsası qoyulan Dendroloji bağ fəaliyyət göstərir.