DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN MƏLUMATINA ƏSASƏN SENTYABRIN 29-DƏK ÖLKƏ ÜZRƏ 48 MİN 880 TON PAMBIQ TƏDARÜK OLUNUB

Böyütmək | Kiçiltmək

Sentyabrın 29-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 48 min 880,23 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən bir gündə 2 min 685,49 ton pambıq tədarük olunub.

Saatlı rayonunun pambıqçıları 9 min 513,40 ton məhsul təhvil verərək, ilk beşlikdə birinci yerdə qərarlaşıb. Sonrakı yerləri Biləsuvar (5895,15 ton), Sabirabad (5322,26 ton), Beyləqan (3666,67 ton) və Ağcabədi (3638,03 ton) rayonları tutur.