OKTYABRIN 2-DƏK ÖLKƏ ÜZRƏ 54 MİN 547 TON PAMBIQ TƏDARÜK OLUNUB

Böyütmək | Kiçiltmək

 

Oktyabrın 2-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 54 min 547,61 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən bir gündə 4 min 426,81 ton pambıq tədarük olunub.

Məhsul yığımında Saatlı rayonu öndə gedir. Rayon pambıqçıları indiyədək 10 min 481,70 ton məhsul təhvil veriblər. İlk beşliyə Biləsuvar (6390,59 ton), Sabirabad (5881,06 ton), Beyləqan (4213,09 ton), Ağcabədi (4195,11 ton) rayonları daxildir.