OKTYABRIN 9-DƏK ÖLKƏ ÜZRƏ 66 MİN 837,09 TON PAMBIQ TƏDARÜK OLUNUB

Böyütmək | Kiçiltmək

 

Oktyabrın 9-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 66 min 837,09 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə oktyabrın 7-8-də 7380,08 ton pambıq tədarük olunub.

Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 12281,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 7650,16 ton, Sabirabadda 7104,26 ton pambıq tədarük edilib.