OKTYABRIN 24-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 123 MİN 966,21 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək |

 

Oktyabrın 24-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 123 min 966,21 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Belə ki, keçən il oktyabrın 24-dək pambıq qəbulu məntəqələri 41 min 867 ton məhsul tədarük etmişdi.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

Pambıq tədarükünə dair oktyabrın 24-nə olan operativ məlumatı təqdim edirik.