NAZİR HEYDƏR ƏSƏDOV BOLQARISTAN RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ MAYA XRİSTOVA İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək |

 

 

NAZİR HEYDƏR ƏSƏDOV BOLQARISTAN RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ MAYA XRİSTOVA İLƏ GÖRÜŞÜBOktyabr ayının 25-də kənd təsərrüfatı naziri Heydər Əsədov Bolqarıstan Respubli- kasının Azərbaycan Respubli- kasındakı Fövqəladə və Səlahiyyətli səfiri Maya Xristova ilə görüşüb.

Görüşün məqsədi iki ölkə arasında əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Qonağı səmimi salamlayan nazir Heydər Əsədov Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti barədə məlumat verərək iki ölkə arasında ticari, iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün kifayət qədər potensial imkanların olduğunu bildirib. Kənd Təsərrüfatı naziri aqrar sahədə Azərbaycanın yüksək ixrac potensialına malik olduğunu vurğulayaraq ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu səfirin diqqətinə çatdırıb.   

Nazir Heydər Əsədov Komissiyanın Azərbaycan tərəfdən üzvü olan qurumların əməkdaşlıq barədə təkliflərinin ümumiləşdirilərək komissiyanın gələcək iclaslarında müzakirəyə çıxarılacağını bildirib.   

Səmimi qəbula görə təşəkkür edən səfir Maya Xristova nazir Heydər Əsədovu Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri təyin olunması münasibəti ilə təbrik edib və ölkələrimiz arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın bundan sonra daha da genişlənməsinə ümidvar olduğunu bildirib.  

Görüşdə Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.