“ELEKTRON KƏND TƏSƏRRÜFATI KOMPONENTİNİN İCRASI VƏ PROSEDURLARIN HƏYATA KEÇİRİLMƏSİ ZAMANI BENEFİSİARA DƏSTƏYİN VERİLMƏSİNİ NƏZƏRDƏ TUTAN TEXNİKİ YARDIM” LAYİHƏSİNİN YEKUN KONFRANSI KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

 

“ELEKTRON KƏND TƏSƏRRÜFATI KOMPONENTİNİN İCRASI VƏ PROSEDURLARIN HƏYATA KEÇİRİLMƏSİ ZAMANI BENEFİSİARA DƏSTƏYİN VERİLMƏSİNİ NƏZƏRDƏ TUTAN TEXNİKİ YARDIM” LAYİHƏSİNİN YEKUN KONFRANSI KEÇİRİLİB
3 noyabr, 2017-ci il tarixində, Bakı şəhəri, Hilton Otelində, Avropa İttifaqının maliyyə- ləşdirdiyi “Elektron kənd təsərrüfatı kompo- nentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin yekun konfransı keçirilib.

Konfransda çıxış edən nazir Heydər Əsədov bildirib ki, Azərbaycanda aqrar sektor qeyri-neft sektorunun əsas istiqamətlərindən birinə çevrilib. Eyni zamanda elektron kənd təsərrüfatının yaradılması əsas hədəf kimi götürülüb.

Nazir məlumat verib ki, Azərbaycan Hökumətinə Elektron kənd təsərrüfatı təşəbbüsünün icrası istiqamətində göstərdiyi dəstəyin davamı olaraq, Avropa İttifaqı Nümayəndəliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ildə “Texniki Yardım” layihəsinin icrasına başlayıblar.

Layihənin məqsədi kənd təsərrüfatı subsidiyalarının idarə edilməsi sahəsində səmərəlilik və şəffaflığı artıracaq qabaqcıl idarəetmə və nəzarət sistemini yaratmaqdır. Sistem kənd təsərrüfatı təyinatlı digər məlumat bazaları ilə birgə aqrar siyasətin formalaşması və siyasi təsirlərin qiymətləndirilməsində etibarlı məlumatları təmin etməli, aqrar sahədə rəqabət qabiliyyətini artırmalı və Azərbaycanın kənd yerlərində həyat səviyyəsini yaxşılaşdırmalıdır.

Qeyd olunub ki, 24 ay davam edən layihəyə Avropa Ittifaqı 1,24 milyon avro vəsait ayırıb. Layihə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahəsində Aİ-Azərbaycan əməkdaşlığı çərçivəsində formalaşmış fəaliyyətlər silsiləsinin bir hissəsini təşkil edir.

Heydər Əsədov vurğulayıb ki, ölkəmizdə aqrar sektorun inkişafına Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra böyük önəm verilib. İlk torpaq islahatı həyata keçirilib, bu sektora dövlət dəstəyi, eləcə də onun idarə edilməsinin təkmilləşdirilməsi sahəsində yeni forma və metodlarından istifadə olunmağa başlanılıb.

Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğı sayəsində dövlət dəstəyinin forma və mexanizmləri daha da təkmilləşdirilmiş və nəticədə aqrar sektor yenidən özünün dirçəliş mərhələsinə qədəm qoyub.

Nazir Heydər Əsədov, həmçinin əlavə edib ki, son 3-4 il ərzində aqrar sektorda əldə edilmiş inkişaf və dövlət dəstəyinin artırılması miqyası əvvəlki illərlə müqayisədə dəfələrlə artırılıb və aqrar sahənin bu gün yeni siması formalaşmağa başlayıb.

Son illər bu sahədə görülən tədbirlər barədə söz açan nazir qeyd edib ki, dövlət dəstəyi mexanizmlərinin yaradılması, subsidiyaların ayrılması, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, istehsalın həcminin artırılması, potensialın gücləndirilməsi, institusional islahatların aparılması, yeni qurumların rayon şöbələrinin yaradılması, maddi-texniki bazaların yaxşılaşdırılması, elmi –tədqiqat institutlarının tamamilə yenidən qurulması və digər tədbirlərin həyata keçirilməsi bizə bu sahədə daha böyük nailliyyətlər qazanmağa inam yaradır.

Bu işlərin görülməsi isə düzgün qurulmuş elektron kənd təsərrüfatı sisteminin yaradılması nəticəsində mümkün idi. Ona görə də nazirlik tərəfindən bu istiqamətdə konkret addımlar atılıb.

Nazir Avropa İttifaqının və digər ölkələrin respublikamızda aqrar sektorun inkişafı istiqamətində nazirliyə yardım göstərdiyini xüsusilə qeyd edib. 

“ELEKTRON KƏND TƏSƏRRÜFATI KOMPONENTİNİN İCRASI VƏ PROSEDURLARIN HƏYATA KEÇİRİLMƏSİ ZAMANI BENEFİSİARA DƏSTƏYİN VERİLMƏSİNİ NƏZƏRDƏ TUTAN TEXNİKİ YARDIM” LAYİHƏSİNİN YEKUN KONFRANSI KEÇİRİLİBAvropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlətin prioritet məsələsinə çevrilib. Bu sahədə son 2 ildə əldə olunan uğurlardan danışan K.Yankauskas vurğulayıb ki, ölkənin aqrar sektorunda məşğulluğun və rəqabətqabiliyyətli məhsulların artması, kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə nəticələnib.

Bu günlərdə açılışı olan Bakı-Tbilisi-Qars layihəsinə toxunan Aİ rəsmisi deyib ki, nəhəng layihə nəticəsində Azərbaycanın Avropa bazarlarına ixrac imkanları daha da genişlənəcək. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır və bu əməkdaşlıq qarşılıqlı maraq kəsb edir.

“ELEKTRON KƏND TƏSƏRRÜFATI KOMPONENTİNİN İCRASI VƏ PROSEDURLARIN HƏYATA KEÇİRİLMƏSİ ZAMANI BENEFİSİARA DƏSTƏYİN VERİLMƏSİNİ NƏZƏRDƏ TUTAN TEXNİKİ YARDIM” LAYİHƏSİNİN YEKUN KONFRANSI KEÇİRİLİB
Kənd Təsərrüfatı Nazirliyinin Aparatının rəhbəri  İlham Bayramov Elektron kənd təsərrüfatı informasiya sisteminin (EKTİS) yaradılması layihəsi ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanı və bununla bağlı digər tapşırıqların icrası  üzrə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yardılması layihəsi ən müasir standartlar, mütərəqqi təcrübələr, o cümlədən  Avropa İttifaqında təsdiq olunmuş siyasət və nəzarət prinsipləri nəzərə alınmaqla hazırlanmış informasiya və kommunikasiya texnologoyaları strategiyası və 3 illik fəaliyyət qrafikinə uyğun olaraq müvafiq komponentlər üzrə həyata keçirilir.

Aparat rəhbəri diqqətə çatdırıb ki, layihə çərçivəsində Nazirlik sistemində, o cümlədən onun aparatı, yeni yaradılmış rayon, şəhər kənd təsərrüfatı idarələri və dövlət xidmətlərində və tabeli qurumlarda ən müasir tələblərə cavab verən informasiya və kommunikasiya texnologoyaları infrastrukturu qurulmuş, məlumat mərkəzi, korporativ şəbəkə sistemi və funksional fəaliyyət istiqamətlərinə uyğun İT avadanlıqları ilə təchiz edilmiş 1300-dən çox avtomatlaşdılmış iş yerləri yaradılaraq istismara verilib.

Bildirilib ki, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək, xüsusi ilə də dövlət yardımlarının fermerlərə çatdırılmasında obyektivliyin və operativliyin təşkil edilməsi, məsləhət-informasiya xidmətlərinin təmin edilməsi üçün EKTİS-in Subsidiya və siyasətə dair informasiya sistemi, bununla yanaşı son 3 ildə Nazirlik Sistemində müxtəlif funksional məqsədlər üçün 17 informasiya sistemi yaradılaraq istifadəyə verilib.

Elektron kənd təsərrüfatı informasiya sistemi 5 dövlət orqanının informasiya ehtiyatları ilə inteqrasiya edilmiş və hal-hazırda məlumat mübadiləsi həyata keçirilir. Həmçinin nazirlik və onun strukturuna daxil olan qurumlar tərəfindən  göstərilən 23 xidmət elektronlaşdırılıb.

Aparatın rəhbəri İlham Bayramov vurğulayıb ki, EKTİS layihəsinin vacib komponentlərindən biri kimi ölkənin 69300 kv km ərazisinin yüksək keyfiyyətli yeni ortofoto xəritələri hazırlanaraq həm Nazirlikdə, həm də bir sıra dövlət qurumlarının xidməti istifadəsinə verilib.

EKTİS layihəsinin məkan məlumatlarının yaradılması komponenti üzrə 6,6 milyon hektar ərazi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların ilkin coğrafi məlumatlar bazası yaradılıb. Rəqəmsal xəritə əsaslı vahid coğrafi informasiya sisteminə eyni zamanda Nazirliyin tabeçiliyində olan müəssisələr və obyektlər, onların torpaqları, təyinatı dəyişdirilən sahələr, iri fermer təsərrüfatlarının torpaqları, toxum istehsalçıları, fındıq, pambıq, istixana sahələri, şorlaşmış ərazilər, əkin dövriyyəsinə yeni cəlb edilmiş sahələr, aqroparkların torpaqları və digər məlumatlar işlənmiş, həmçinin yeni ortofoto xəritələr əsasında hal-hazırda məlumat bazasının yenilənməsi həyata keçirilir.

Qeyd olunub ki, kənd təsərrüfatı bitkilərinin monitorinqi, xəritələşdirilməsi və məhsuldarlığın qiymətləndirilməsi, habelə subsidiya ərizələrinə nəzarətin təmin edilmişi üçün Azərsky peykinin imkanlarında istifadə edilmiş və bu məqsədlə “Azərkosmos” ASC ilə 4 layihə həyata keçirilib.

“ELEKTRON KƏND TƏSƏRRÜFATI KOMPONENTİNİN İCRASI VƏ PROSEDURLARIN HƏYATA KEÇİRİLMƏSİ ZAMANI BENEFİSİARA DƏSTƏYİN VERİLMƏSİNİ NƏZƏRDƏ TUTAN TEXNİKİ YARDIM” LAYİHƏSİNİN YEKUN KONFRANSI KEÇİRİLİB Azər- baycan Hökumətinə Elektron kənd təsərrüfatı təşəb- büsünün icrası istiqamətində göstərdiyi dəstəyin davamı olaraq, Avropa İttifaqının Nümayəndəliyi, Benefisiar qismində Azərbaycan Respubli- kasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə 2015-ci ildə “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinə başlayıb.

Layihənin əsas məqsədi kənd təsərrüfatı subsidiyalarının ədalətli və şəffaf qaydada verilməsi, siyasətin formalaşması və siyasi təsirlərin qiymətləndirilməsində istifadə üçün etibarlı məlumatların təmin edilməsi, eləcə də kənd yerlərində yaşayan əhalinin həyat şəratinin yaxşılaşdırılmasından ibarətdir.

2 il davam edən bu layihə çərçivəsində cəlb edilmiş Azərbaycan da daxil olmaqla 8 ölkədən 25 ekspertlə birlikdə, yaradılmış İT infrastrukturunun, hazırlanmış texnoloji instrumentlərin, məhsulların və yerinə yetirilmiş işlərin keyfiyyətinə nəzarət, həmçinin Subsidiya sisteminin ölkə üzrə təbiqi üçün hazırlanmış prosedur və metodikaların, istifadəçi təlimatlarının, anket formalarının sistemdə sınaqdan keçirilməsi işləri həyata keçirilib. Layihə çərçivəsində böyük təlim komponenti icra edilib, 43 mövzu üzrə Nazirliyin əməkdaşlarına təlimlər və seminarlar keçirilib, beynəlxalq təcrübənin öyrənilməsi üçün tədbirlər görülüb.

Sonra Vialto Consulting şirkəti   KLTİS-ə dəstək Layihəsinin nəticələri ilə bağlı təqdimat edib.

Tədbir çərçivəsində keçirilən texniki seminarda Nazirliyin İKT infrastrukturunun yaradılması komponenti, EKTİS-in İnformasiya sistemləri (SSİS sistemi, TSİS, Müştəri Portalı, Elektron Xidmətlər və digər sistemlər), "Azərbaycan ərazisini əhatə edən yüksək keyfiyyətli yeni ortofoto planlar, CİS məlumat bazası və bu məhsulların Elektron Hökumət layihələrində tətbiqi” , "Azərbaycanda Torpaq sahələrinin identifikasiyası sisteminin yaradılması" mövzularında təqdimatlar olub. 

Seminarın sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə beynəlxalq təşkilatların, müvafiq nazirlik və komitələrin məsul işçiləri və nazirliyin əməkdaşları iştirak edib.