NOYABRIN 6-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 166 MİN 722,92 TON MƏHSUL TƏHVİL VERİLİB  

Böyütmək | Kiçiltmək |

 

Noyabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 166 min 722,92 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə  ötən iki gündə 5306,69 ton pambıq tədarük olunub.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.

Pambıq tədarükünə dair noyabrın 6-na olan operativ məlumatı təqdim edirik.