NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

 

NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜBNAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜBAzər- baycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət- lərinin, ərizə və şikayət- lərinin həll olunması üçün tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 17-də Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Heydər Əsədov və Bərdə Rayon İcra Hakimiy- yətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

Nazir Heydər Əsədov Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında dövlət regional toxumçuluq və aqrokimya laboratoriyalarına baxış keçirib, baytarlıq idarəsində vaksinlər, avadanlıq və ləvazimatlarla tanış olub.

Elektron hökumətin bir hissəsi olan infoköşkün təqdimatı zamanı bildirilib ki, vətəndaşlar bu sistem vasitəsilə fermerlərə məsləhət, gündəlik bazar qiymətləri, yanacaq və motor yağlarına, həmçinin pambıq və baramaya görə subsidiyalar, torpaqların istifadəsi və sair barədə məlumatlar alacaqlar.

NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜBNAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜBSonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin regional aqrokimya laborato- riyasının torpaq nümunələrinə dair təqdimatı olub. Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev əkin sahələrindən götürülmüş torpaq nümunələrinin fiziki və kimyəvi parametrlər üzrə analizi, nəticələrin təhlili, fermerlərə tövsiyələrin verilməsi və torpaq kartoqrammalarının hazırlanması sahəsində əldə edilmiş nəticələr barədə məlumat verib. Qeyd edilib ki, bu nəticələrin əkinçilikdə tətbiqi gübrələrdən balanslaşmış istifadə edilməsinə şərait yaratmaqla yanaşı, məhsulun kəmiyyət göstəricilərinin artmasına və keyfiyyətinin yaxşılaşmasına şərait yaradacaq.

Nazir Heydər Əsədov daha sonra vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb.

NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB

NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB

Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, yeni texnika və avadanlıqların alınması, toxumçuluq, subsidiya, ixtisasa uyğun işə qəbul, torpaqlardan istifadə və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB

NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB

NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
Heydər Əsədov, həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Görüşdə Bərdə, Ağcabədi, Ağdam, Tərtər və digər ətraf rayonlardan olan 119 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 3 milyon 729 min 744,40 manat məbləğində 212 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan 1 milyon 454 min 421,85 manat güzəştlə əlaqədar müvafiq sənədlər təqdim edilib. Güzəşt tətbiq edildikdən sonra 39 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə edilmiş kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyədək “Aqrolizinq” ASC-dən respublika üzrə 8207 istifadəçinin lizinqə götürdüyü 21 min 156 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 183 milyon 147 min 259,82 manat məbləğində güzəşt tətbiq olunub.

Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Laçın rayonlarından olan 150-dən artıq mexanizatorun vaxtı keçmiş sürücülük vəsiqələri dəyişdirilib, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışı həyata keçirilib.