AKADEMİK HƏSƏN ƏLİYEVİN 110 İİLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ AĞACƏKMƏ KAMPANİYASI KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

AKADEMİK HƏSƏN ƏLİYEVİN 110 İİLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ AĞACƏKMƏ KAMPANİYASI KEÇİRİLİB
Azərbaycanda coğrafiyanın, torpaqşü- naslığın, əkinçiliyin, bitkiçilik elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin, o cümlədən ekologiya və meşəçiliyin simasının müəyyənləşməsində akademik Həsən Əliyevin müstəsna xidmətləri vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında”  07 fevral 2017-ci il tarixdə Sərəncam AKADEMİK HƏSƏN ƏLİYEVİN 110 İİLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ AĞACƏKMƏ KAMPANİYASI KEÇİRİLİBimzalayıb. Sərəncama uyğun olaraq noyabrın 18-i Salyan rayonunun Xıdırlı kəndi ərazisində ağacəkmə kampaniyası keçirilib.

Alimin yubileyinə həsr olunmuş tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və onun strukturuna daxil olan Meyvəçilik və Çayçılıq, Əkinçilik, Tərəvəzçilik, Baytarlıq, Üzümçülük və Şərabçılıq elmi-tədqiqat institutlarının və Salyan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları  iştirak etmişlər.

Tədbir çərçivəsində Salyan rayonunun Xıdırlı kəndi ərazisində püstə və badam ağaclarının tingləri əkilib.