AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ “YALAMA AQROPARK” MMC ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB

Böyütmək | Kiçiltmək |

 

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ “YALAMA AQROPARK” MMC ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB
Azərbaycan Dövlət Aqrar Universitet (ADAU) ilə “Yalama Aqropark” MMC arasında əməkdaşlıq haqqında anlaşma memoran- dumu imzalanıb.

Memoran- dumu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və “Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev imzalayıblar.

Anlaşma memorandumu tərəflər arasında əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, o cümlədən ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartları, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması və milli brendlərin yaradılması üzrə birgə layihələrin reallaşdırılması, kadr hazırlığı sahəsində sıx əməkdaşlıq, tələbələrin təcrübələrinin təşkili, xaricdə və ölkə daxilində aqrobiznesə dair təlim və seminarlarda ADAU ilə “Yalama Aqropark” MMC-nin mütəxəssislərinin birgə iştirakına dəstək kimi məsələləri əhatə edir.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ “YALAMA AQROPARK” MMC ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIBADAU-nun rektoru İbrahim Cəfərov universitet-sənaye əməkdaşlığının inkişafı, əmək bazarının tələblərinə cavab verən mütəxəssis hazırlığının həyata keçirilməsi, tədris və elmi-tədqiqat işlərinin aparılmasında innovativ texnologiyaların tətbiqi baxımından memorandumun imzalanmasının mühüm əhəmiyyət daşıdığını, növbəti semestrdən etibarən bir qrup buraxılış kurs tələbəsinin “Yalama Aqropark” MMC-də təcrübə keçəcəyini bildirib.

“Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq əlaqələrinin faydalarından danışıb, bu əməkdaşlığın bütövlükdə ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafına töhfə verəcəyini qeyd edib.

Zaur Əliyev “Yalama Aqropark” MMC-nin fəaliyyəti haqqında da ətraflı məlumat verib.

İmzalama mərasimindən sonra Aqrar Universitetin maddi-texniki bazası ilə tanışlıq olub.