TƏLTİF OLUNMUŞ ŞƏXSLƏRƏ MÜKAFATLAR TƏQDİM OLUNUB

Böyütmək | Kiçiltmək |

 

TƏLTİF OLUNMUŞ ŞƏXSLƏRƏ MÜKAFATLAR TƏQDİM OLUNUB
Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2017-ci tarixli Sərəncamı ilə 1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı ilə əlaqədar Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Kənd Təsərrüfatı Nazirliyinin bir qrup işçisi Dövlət qulluğunda fərqlənmə və Tərəqqi medalları ilə təltif ediliblər.

Dövlət başçısının digər Sərəncamları ilə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsinin dekan əvəzi, dosent Telman İsgəndərova “Əməkdar TƏLTİF OLUNMUŞ ŞƏXSLƏRƏ MÜKAFATLAR TƏQDİM OLUNUBmüəllim” fəxri adı və Aqrar elmin inkişafında xidmətlərinə görə Əsəd Cənnət oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Bugün kənd təsərrüfatı nazirliyində medalların təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov təltif olunan mütəxəssisləri təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb. Bildirib ki, əsas vəzifəmiz qeyri-neft sektorun aparıcı sahəsi olan aqrar bölməni daha da inkişaf etdirməkdir. Bunun üçün TƏLTİF OLUNMUŞ ŞƏXSLƏRƏ MÜKAFATLAR TƏQDİM OLUNUBbundan sonra daha da əzmlə çalışmalıyıq. Nazir müavini fundamental sənəd olan “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflər barədə məlumat verərək bununla bağlı mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra nazir müavini təltif olunmuş mütəxəssislərə mükafatları təqdim edib.

Dövlət başçısının Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüş Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsinin dekan əvəzi, dosent Telman İsgəndərov çıxış edərək onlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.